BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950),  SSRİ dövlət mükafatı laureatı,   akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il  - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü,  professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il -  SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan  Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10  aprel  1924 - cü il - Coğrafiya fakültəsinin dekanı  (1967-1972), Geodeziya və  kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi  oğlu Piriyev (1924-1989) anadan  olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı  ordenli, Dövlət mükafatı laureatı,  akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru,  (1939-1959)  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər  BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim,  “Lenin” və  “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci  il - Hidrometeorologiya kafedrasının  professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan  olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi,  professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003),   Hüquq fakültəsinin dekanı  (2002-2003), Əməkdar müəllim,  professor Yusif  Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941),  "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi,  Komsomol  mükafatı laureatı, "Şərəf nişanı" ordenli,  professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli,  Əməkdar elm xadimi,   professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),

Bakı Dövlət Universiteti Mətbuat və informasiya şöbəsinin və şöbənin əməkdaşlarının layiq görüldüyü mükafatlar:

 - Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə Yəhya qızı İbrahimova "Tərəqqi" medalına layiq görülüb (2015);

- Mətbuat və informasiya şöbəsi Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu tərəfindən “Təhsillə bağlı informasiyanın mətbuatda yayımında fəaliyyətinə görə” “Qız qalası” Milli Mükafatına layiq görülüb (2010);

- Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova «Kütləvi informasiya vasitələrində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatların yayılmasına görə» universitetin Fəxri fərmanı ilə təltif edilib, şöbə əməkdaşlarına isə təşəkkür elan olunub (2011);

- Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə «BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə» Mətbuat və informasiya şöbəsinin müdiri universitetin «İlin ən fəal şöbə müdiri» fəxri adına layiq görülüb (2011);

- Ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər Modern.az saytının sorğusuna əsasən, 2012-ci ildə universitetlərin mətbuat xidmətlərinin fəaliyyətini qiymətləndirib və səs çoxluğuna görə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsi analoji qurumlar içində «İlin ən fəal mətbuat xidməti» adına layiq görülüb (2012);

- Jurnalistlərin Müsahibə Klubunun Facebook qrupunda “2013-cü il üçün hansı universitetin mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə keçirdiyi sorğuda BDU-nun mətbuat katibi ümumi səslərin (55 səs) yarıdan çoxunu (31 səs) toplayaraq birinci olub (2013);

Təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə şöbə müdiri Pərvanə İbrahimova Təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunub (2014);

-  Universitetin ictimai həyatındakı fəal mövqeyinə və BDU-nun 95 illik yubileyi münasibətilə Mətbuat və informasiya şöbəsinin əməkdaşları universitetin Fəxri fərmanı ilə təltif ediliblər (2014);

- Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan "Azərbaycan Universitetləri"nin keçirdiyi sorğunun nəticələrinə əsasən, BDU-nun Mətbuat və informasiya şöbəsi "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sosial sorğusunda birinci olub (2014);

- Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi münasibətilə şöbənin əməkdaşları “Bakı Dövlət Universitetin həyatının dolğuin işıqlandırılmasında səmərəli fəaliyyətinə görə” universitetin Fəxri fərmanı ilə təltif ediliblər (2015);

- Azərbaycan Mətbuat Şurası “İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətinə görə və 15 illik yubileyi münasibətilə” BDU-nun Mətbuat və informasiya şöbəsini Diplomla təltif edilib (2015);

-  "Yeni Zaman" və “Novoye Vremya”qəzetlərinin media mənsubları və sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi sorğuda BDU-nun Mətbuat və informasiya şöbəsi “Ali təhsil müəssisələrinin ən fəal və ən ünsiyyətcil mətbuat xidməti” nominasiyası üzrə qalib olub (2016);

- Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan "Azərbaycan Universitetləri" 12 ay ərzində statistikalar üzrə öndə olduğuna, universitet xəbərlərinin operativliyi və dəqiqliyinə görə BDU-nun Mətbuat xidmətini “2016-cı ilin ən yaxşı mətbuat xidməti” elan edib (2016);

-   Mətbuat və informasiya şöbəsinin uğurlu nəticələr əldə edilməsində, KİV-də universitet həyatının dolğun işıqlandırılmasındakı səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildünümü münasibətilə şöbənin əməkdaşları universitetin Fəxri fərmanı ilə təltif ediliblər (2018).