BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 oktyabr 1947-ci il – Filologiya fakültəsinin nəzdində Kitabxanaçılıq şöbəsi təşkil olunmuşdur. 3 oktyabr 1946-cı il – BDU-nun rektoru (1997-1998), AR Təhsil naziri (1998-2013), Ali riyaziyyat kafedrasının müdiri (2002-ci ildən), AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi,  professor Misir Cumayıl oğlu Mərdanov anadan olub.4 oktyabr 2005-ci il – Latviyanın prezidenti Vaira Vike Freyberqa BDU-nun Fəxri doktoru seçilib. 5 oktyabr 1933-cü il – BDU-nun prorektoru (1994–2004), Bərk cisimlər fizikası kafedrasının müdiri (1971-2014), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Bəhram Mehrəli oğlu Əsgərov (1933-2014) anadan olub. 5 oktyabr 1887-ci il – Riyazi analiz kafedrasının müdiri (1941-1958), Əməkdar elm xadimi, professor Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev (1887-1977) anadan olub.7 oktyabr 1939-cu il – BDU-nun prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru (1997-2007), AMEA-nın müxbir üzvü Şahvələd Binnət oğlu Xəlilov (1939-2007) anadan olub. 8 oktyabr 1992-ci il – hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov BDU-nun rektoru təyin edilib. 10 oktyabr 1930-cu il – BDU-nun rektoru (1987-1989), Hesablama riyaziyyatı kafedrasının müdiri (1965-2000), AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yəhya Cəfər oğlu Məmmədov (1930-2000) anadan olub. 10 oktyabr 1911-ci il – Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), AMEA-nın müxbir üzvü, professor Abbas Fəttah oğlu Zamanov(1911-1993) anadan olub.10 oktyabr 1993-cü il – Cənubi Azərbaycanın görkəmli alimi, professor Məhəmməd Tağı Cəfəri BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 2011-ci il – Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 1910-cu il – Üzvi kimya kafedrasının müdiri (1942-1951), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, professor Şamxal Əliməmməd oğlu Məmmədov (1910-1984) anadan olub. 12 oktyabr 1974-cü il – BDU-nun kitabxanasına Elmi kitabxana statusu verilib. 12 oktyabr 2006-cı il – Rumıniya prezidenti Trayan Basesku BDU-nun Fəxri doktoru seçilib. 14 oktybr 1943-cü il – BDU-nun Elmi Şurası professor Y.H.Məmmədəliyevin kəşflərinin SSRİ Dövlət mükafatına layiq görülməsi barədə qərar qəbul edilib. 15 oktyabr 1923-ci il – professor Aleksandr Dmitriyeviç Qulyayev BDU-nun rektoru təyin edilib. 15 oktyabr 1912-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1978-1985), professor Abdulla Mustafa oğlu Ələkbərov (1912-1985) anadan olub.16 oktybr 1923-cü il – Xalq yazıçısı, Prezident təqaüdçüsü, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru (1956-2013) Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923-2013) anadan olub.16 oktyabr 1996-cı il – BDU-nun rektoru (1993-1996), professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib. 16 oktyabr 1940-cı il – Optika və molekulyar fizika kafedrasının müdiri(1994-2011), professor Faiq Abduləvvəl oğlu Əhmədov(1994-2011) anadan olub.19 oktyabr 1996-cı il – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə BDU-nun Fəxri doktoru seçilib. 20 oktyabr 1922-ci il – Mülki proses, əmək və ekologiya kafedrasının müdiri (1985-1992), Hüquq fakültəsinin dekanı (1962-1980), Əməkdar hüquqşünas,professor Məmməd Süleyman oğlu Xələfov (1922-1992) anadan olub.22oktyabr 1929-cu il – Fəlsəfə kafedrasının müdiri (1969-2010), "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə anadan olub.22 oktyabr 1926-cı il – Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Hüquq fakültəsinin dekanı (2003-2007), Əməkdar hüquqşünas, professor Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) anadan olub.25 oktyabr 1917-ci il – Diferensial və inteqral tənliklər kafedrasının müdiri (1958-1975), AMEA-nın müxbir üzvü, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) anadan olub. 25 oktyabr 1965-ci il – İndiki əsas tədris korpusu və yataqxana şəhərciyi tam istifadəyə verilib.26 oktyabr 1999-cu il – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin açılışı olub. 27 oktyabr 1931-ci il – Sosiologiya kafedrasının müdiri (1990-2000), “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) anadan olub.29 oktyabr 1996-cı il – Məşhur Azərbaycanşünas, ABŞ-ın Monmouth Universitetinin professoru Tadeuş Svetoxovski BDU-nun Fəxri doktoru seçilib. 30 oktyabr 1999-cu il – Polşa Prezidenti Aleksandr Kvasnevski BDU-nun professor-müəllim heyəti ilə görüşüb. 30 oktyabr 2017-ci il – UNESCO Baş Konfransının 39-cu sessiyasında BDU-nun 100 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunacağı qərarı qəbul edilib.31 oktyabr 1994-cü il – BMT-nin Baş katibi Butros Butros Qali BDU-nun Fəxri doktoru seçilib. 31 oktyabr 2009-cu il – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 illik yubiley münasibətilə BDU-nun əməkdaşlarına fəxri adların və yüksək mükafatların verilməsi haqqında Sərəncam imzalanıb.31 oktyabr 2009-cu il – 90 illik yubiley münasibətilə Yasamal rayonunda BDU-nun 400 mənzilli yeni yaşayış kompleksi istifadəyə verilib. 

Bakı Dövlət Universiteti kütləvi informasiya vasitələri ilə müntəzəm əlaqə yaratmaq, əldə olunan yeniliklərin və nailiyyətlərin mətbuatda işıqlandırılmasını təmin etmək məqsədilə 14 dekabr 1999-cu ildə Mətbuat və informasiya şöbəsinin yaradılmasını vacib sayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında vəsatət qaldırmışdır. Universitetin strukturuna Mətbuat və informasiya şöbəsinin daxil edilməsi məqsədəuyğun hesab edildikdən sonra qurum 10 may 2000-ci ildə müvafiq əmrlə fəaliyyətə başlamışdır. Mətbuat və informasiya şöbəsinə 1999-2010-ci illər aralığında BDU-nun Jurnalistika fakültəsinin məzunları, tanınmış jurnalistlər Aynur Bəşirli, Qafar Çaxmaqlı və Şərəf Cəlilli rəhbərlik etmişlər. 2000-ci ildən Mətbuat-informasiya şöbəsində mütəxəssis vəzifəsində işləyən Pərvanə İbrahimova 2010-2020-ci illərdə müdir vəzifəsinə keçirilmişdir. 2020-ci ildən isə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi adı ilə fəaliyyətini davam etdirən şöbəyə Jurnalistika fakültəsinin doktorantı Günel İsgəndər qızı Orucəliyeva rəhbərlik edir. Hazırda şöbə işini Fatimə Dursunova, Lətif Mustafayev, Məryəm Abdullayeva, Xəyalə Qulamova, Nərminə Əsədova kimi səriştəli və professional jurnalistlərin fəaliyyəti ilə davam etdirir. Vaxtilə  şöbənin işinin qurulmasına əmək sərf etmiş Anzulə Əmirova və Nigar Balcanovanın xidmətləri də xüsusi qeyd olunmalıdır.

Mətbuat və informasiya şöbəsinin fəaliyyəti müxtəlif istiqamətlidir və bunu aşağıdakı kimi qruplaşdırmaq olar:

- Kütləvi informasiya vasitələri ilə əlaqə qurmaq;

- Ölkə mediasını, yerli və xarici xəbər portallarını universitet yenilikləri ilə təmin etmək;

- Xarici qonaqlar və xarici səfərlərlə bağlı materiallar hazırlamaq;

-  Mətbuat konfransları və müsahibələr təşkil etmək;

- Press-relizlər hazırlamaq;

- BDU-da aparılan islahatlar, kəşf və ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək;

- Universitetin və şöbənin saytını idarə etmək, Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri yeniləmək, fakültələrin, struktur, mərkəz, laboratoriya və digər qurumların saytlarını diqqətdə saxlamaq;

- Universitetlə bağlı KİV-də işıq üzü görmüş materialları arxivləşdirmək;

- Facebook və Twitter sosial şəbəkələrində Bakı Dövlət Universitetinin rəsmi səhifələrini yeniləmək, KİV-də yayımlanmış xəbərləri, videosujetləri həmin səhifələrə əlavə etmək;

- Youtube-nin «Baku State University» kanalına universitet tədbirlərindən hazırlanmış TV videoları yerləşdirmək;

- Mətbu materialların monitorinqini aparmaq və s.

Mətbuat və informasiya şöbəsi media ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyindən ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, informasiya agentlikləri, xəbər portalları, qəzet və jurnallarla sıx əməkdaşlıq edir. Universitet tədbirlərinə dəvət olunan jurnalistlər ictimai maraq kəsb edən informasiya ilə təmin olunurlar. BDU-mətbuat əməkdaşlığının uğurlu nəticəsidir ki, artıq universitet xəbərlərinə təkcə yerli mediada deyil, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxstan, Qırğızıstan və s. kimi ölkələrin mətbuatında da rast gəlmək mümkündür.

Bakı Dövlət Universitetinin rəsmi saytı - bsu.edu.az:  

Ölkədə informasiya texnologiyaları sahəsində aparılan dövlət siyasətini təhsil və tədrisdə tətbiq etmək, Bakı Dövlət Universitetində təhsil və elmin naliyyətlərinin dünya müstəvisində yayılmasını və təbliğini təmin etmək, BDU-nun beynəlxalq əlaqələrini daha da genişləndirmək və sturktur bölmələrinin informasiya texnologiyaları sahəsində elmi-texniki və tədris potensialını yüksəltmək məqsədilə www.bsu.edu.az saytı yaradılmış və uğurla fəaliyyət göstərməkdədir. Hazırda universitetin 16 fakültəsi və müxtəlif qurumları üzrə internet saytlarının və səhifələrinin fəaliyyəti və yenilənməsi üçün veb-masterlər təyin edilmiş, bütövlükdə saytın fəaliyyətinə və onun idarə olunmasına ümumi rəhbərlik Mətbuat və informasiya şöbəsinə həvalə edilmişdir.

Monitorinq və statistika: 

Mətbuat və informasiya şöbəsi hər ilin yekununda universitetlə bağlı KİV-də işıq üzü görmüş məqalələrin monitorinqini aparır və nəticəyə uyğun olaraq istiqamətlər müəyyənləşdirilir. Müxtəlif səpgili materiallar və jurnalist yazılarına diqqətlə yanaşıldıqda belə bir faktla rastlaşırıq ki, kütləvi informasiya vasitələri Bakı Dövlət Universitetinin həyatında baş verən hadisələri, ictimai maraq kəsb edən hər bir faktı diqqət mərkəzində saxlamış, bu hadisə və faktların oxuyuca, tamaşaçıya, dinləyiciyə çatdırılmasına xüsusi səy göstərmişdir. Elə bunun nəticəsidir ki, müxtəlif reytinq təşkilatlarının, o cümlədən Media Consulting & Services şirkətinin 2014-cü ildən etibarən hər ay açıqladığı reytinq siyahısında Bakı Dövlət Universiteti media aktivliyinə və məlumatlarının KİV-də yayımına görə digər ali təhsil müəssisələri ilə müqayisədə liderliyini saxlamaqdadır.

Tədbirlər, müsabiqələr, mükafatlar:

Mətbuat və informasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif vaxtlarda “dəyirmi masa”lar keçirilmiş, şöbəninsaytının təqdimatına həsr olunmuş tədbirdə mətbu materialların monitorinqinə əsasən, media rəhbərləri «Universitetin dostu» mükafatına layiq görülmüş, fəaliyyət göstərdikləri kütləvi informasiya vasitələrində “BDU haqqında obyektiv və davamlı yazılarına görə” bir qrup jurnalistə universitetin Fəxri fərmanı təqdim edilmişdir. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamına əsasən, 20 iyun 2012-ci il tarixində keçirilən tədbirdə BDU ilə bağlı 2011-ci ilin mətbu materiallarının monitorinqinə əsasən «Universitetin dostu» mükafatının növbəti qalibləri elan edilmiş, bir qrup jurnalistə isə universitetin Fəxri fərmanı verilmişdir. Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi və şöbə tərəfdən hazırlanaraq 3 dildə çap olunmuş «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» kitablarının təqdimat mərasiminə həsr olunmuş tədbirdə isə bir neçə KİV rəhbəri “BDU-ya informasiya dəstəyi” və «Universitetin dostu» mükafatları ilə təltif edilmiş, bir qrup jurnalist mükafata layiq görülmüşdür. Bundan əlavə, Mətbuat və informasiya şöbəsi Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfranslarda təmsil olunmuş, şöbə müdiri bu konfransların birində qurumun iş təcrübəsi və media ilə əlaqələrindən danışmışdır (Daha ətraflı).

Mətbuat və informasiya şöbəsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü, universitetin 90 və 95 illik yubileyləri münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında müsabiqə elan etmiş və müsabiqəyə qatılan jurnalistlər universitet rəhbərliyi tərəfindən təltif edilmişlər. (Daha ətraflı).

Onu da qeyd edək ki, Mətbuat və informasiya şöbəsi və şöbənin əməkdaşları müxtəlif vaxtlarda mükafatlarla təltif olunmuşlar(Daha ətraflı).

«Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında»: 

2014-cü ildə Mətbuat və informasiya şöbəsi tərəfindən universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» adlı kitab hazırlanmışdır. Kitabda Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin universitetlə bağlı fərman və sərəncamları, rəsmi görüş və tədbirlər barədə məlumatlar, “BDU-nun Fəxri doktoru” adı verilmiş görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri haqqında informasiyalar, eləcə də universitetin yerli və beynəlxalq həyatı ilə bağlı materiallar xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Mətbuat-informasiya şöbəsinə 2010-2020-ci illərdə dosent Pərvanə İbrahimova rəhbərlik edib. 

2020-ci ildən İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi adı ilə fəaliyyətini davam etdirən şöbəyə Jurnalistika fakültəsinin əməkdaşı Günel İsgəndər qızı Orucəliyeva rəhbərlik edir.

Şöbənin strukturu və ştat cədvəli aşağıdakı kimidir:

  1. Orucəliyeva Günel İsgəndər qızı - şöbə müdiri
  2. Dursunova Fatima Əsgər qızı - mütəxəssis
  3. Əsədova Nərminə Nərullah qızı - mütəxəssis
  4. Abdullayeva Məryəm Eldar qızı - mütəxəssis
  5. Vəliyeva Xəyalə Rafiq qızı - mütəxəssis
  6. Mustafayev Lətif Nazif oğlu - mütəxəssis
  7. Babaşova Solmaz Əliabbas qızı - mütəxəssis
  8. Nəcəfov Kəramət Qəşəm oğlu - mütəxəssis
  9. Cəfərzadə Elnarə Ziya qızı - fotoqraf
  10. Zamanov Emin Səlahəddin oğlu - dizayner