BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950),  SSRİ dövlət mükafatı laureatı,   akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il  - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü,  professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il -  SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan  Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10  aprel  1924 - cü il - Coğrafiya fakültəsinin dekanı  (1967-1972), Geodeziya və  kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi  oğlu Piriyev (1924-1989) anadan  olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı  ordenli, Dövlət mükafatı laureatı,  akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru,  (1939-1959)  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər  BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim,  “Lenin” və  “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci  il - Hidrometeorologiya kafedrasının  professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan  olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi,  professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003),   Hüquq fakültəsinin dekanı  (2002-2003), Əməkdar müəllim,  professor Yusif  Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941),  "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi,  Komsomol  mükafatı laureatı, "Şərəf nişanı" ordenli,  professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli,  Əməkdar elm xadimi,   professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),

Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.

Bolşeviklərin və ermənilərin yaratdığı daxili qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xü­susi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, BDU-nun yaradılması olmuşdur. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar.

Ətraflı məlumat üçün:

bsu.edu.az

 

 
 

 

 
 

 
 
 
 
 
 
 

 
 

 



 
 
 
 

 
 
Digər bölmələr