BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 oktyabr 1947-ci il – Filologiya fakültəsinin nəzdində Kitabxanaçılıq şöbəsi təşkil olunmuşdur. 3 oktyabr 1946-cı il – BDU-nun rektoru (1997-1998), AR Təhsil naziri (1998-2013), Ali riyaziyyat kafedrasının müdiri (2002-ci ildən), AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi,  professor Misir Cumayıl oğlu Mərdanov anadan olub.4 oktyabr 2005-ci il – Latviyanın prezidenti Vaira Vike Freyberqa BDU-nun Fəxri doktoru seçilib. 5 oktyabr 1933-cü il – BDU-nun prorektoru (1994–2004), Bərk cisimlər fizikası kafedrasının müdiri (1971-2014), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Bəhram Mehrəli oğlu Əsgərov (1933-2014) anadan olub. 5 oktyabr 1887-ci il – Riyazi analiz kafedrasının müdiri (1941-1958), Əməkdar elm xadimi, professor Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev (1887-1977) anadan olub.7 oktyabr 1939-cu il – BDU-nun prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru (1997-2007), AMEA-nın müxbir üzvü Şahvələd Binnət oğlu Xəlilov (1939-2007) anadan olub. 8 oktyabr 1992-ci il – hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov BDU-nun rektoru təyin edilib. 10 oktyabr 1930-cu il – BDU-nun rektoru (1987-1989), Hesablama riyaziyyatı kafedrasının müdiri (1965-2000), AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yəhya Cəfər oğlu Məmmədov (1930-2000) anadan olub. 10 oktyabr 1911-ci il – Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), AMEA-nın müxbir üzvü, professor Abbas Fəttah oğlu Zamanov(1911-1993) anadan olub.10 oktyabr 1993-cü il – Cənubi Azərbaycanın görkəmli alimi, professor Məhəmməd Tağı Cəfəri BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 2011-ci il – Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 1910-cu il – Üzvi kimya kafedrasının müdiri (1942-1951), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, professor Şamxal Əliməmməd oğlu Məmmədov (1910-1984) anadan olub. 12 oktyabr 1974-cü il – BDU-nun kitabxanasına Elmi kitabxana statusu verilib. 12 oktyabr 2006-cı il – Rumıniya prezidenti Trayan Basesku BDU-nun Fəxri doktoru seçilib. 14 oktybr 1943-cü il – BDU-nun Elmi Şurası professor Y.H.Məmmədəliyevin kəşflərinin SSRİ Dövlət mükafatına layiq görülməsi barədə qərar qəbul edilib. 15 oktyabr 1923-ci il – professor Aleksandr Dmitriyeviç Qulyayev BDU-nun rektoru təyin edilib. 15 oktyabr 1912-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1978-1985), professor Abdulla Mustafa oğlu Ələkbərov (1912-1985) anadan olub.16 oktybr 1923-cü il – Xalq yazıçısı, Prezident təqaüdçüsü, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru (1956-2013) Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923-2013) anadan olub.16 oktyabr 1996-cı il – BDU-nun rektoru (1993-1996), professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib. 16 oktyabr 1940-cı il – Optika və molekulyar fizika kafedrasının müdiri(1994-2011), professor Faiq Abduləvvəl oğlu Əhmədov(1994-2011) anadan olub.19 oktyabr 1996-cı il – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə BDU-nun Fəxri doktoru seçilib. 20 oktyabr 1922-ci il – Mülki proses, əmək və ekologiya kafedrasının müdiri (1985-1992), Hüquq fakültəsinin dekanı (1962-1980), Əməkdar hüquqşünas,professor Məmməd Süleyman oğlu Xələfov (1922-1992) anadan olub.22oktyabr 1929-cu il – Fəlsəfə kafedrasının müdiri (1969-2010), "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə anadan olub.22 oktyabr 1926-cı il – Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Hüquq fakültəsinin dekanı (2003-2007), Əməkdar hüquqşünas, professor Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) anadan olub.25 oktyabr 1917-ci il – Diferensial və inteqral tənliklər kafedrasının müdiri (1958-1975), AMEA-nın müxbir üzvü, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) anadan olub. 25 oktyabr 1965-ci il – İndiki əsas tədris korpusu və yataqxana şəhərciyi tam istifadəyə verilib.26 oktyabr 1999-cu il – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin açılışı olub. 27 oktyabr 1931-ci il – Sosiologiya kafedrasının müdiri (1990-2000), “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) anadan olub.29 oktyabr 1996-cı il – Məşhur Azərbaycanşünas, ABŞ-ın Monmouth Universitetinin professoru Tadeuş Svetoxovski BDU-nun Fəxri doktoru seçilib. 30 oktyabr 1999-cu il – Polşa Prezidenti Aleksandr Kvasnevski BDU-nun professor-müəllim heyəti ilə görüşüb. 30 oktyabr 2017-ci il – UNESCO Baş Konfransının 39-cu sessiyasında BDU-nun 100 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunacağı qərarı qəbul edilib.31 oktyabr 1994-cü il – BMT-nin Baş katibi Butros Butros Qali BDU-nun Fəxri doktoru seçilib. 31 oktyabr 2009-cu il – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 illik yubiley münasibətilə BDU-nun əməkdaşlarına fəxri adların və yüksək mükafatların verilməsi haqqında Sərəncam imzalanıb.31 oktyabr 2009-cu il – 90 illik yubiley münasibətilə Yasamal rayonunda BDU-nun 400 mənzilli yeni yaşayış kompleksi istifadəyə verilib. 

1919-cu il sentyabrın 1-də - üç aylıq gərgin müzakirələrdən sonra Azərbaycan parlamenti ilk universitetin ( 2 fakültə - Tibb və Tarix-filologiya fakültələri olmaqla) açılması haqqında qanun qəbul etdi. Tanınmış rus alimi, Kazan Universitetinin  professoru Vasili İvanoviç Razumovski rektor təyin edildi.

1919-cu il noyabrın 15-i - universitetdə birinci dərs günü oldu.

1920-ci il - Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi.

1920-ci il iyulun 9-da -3-cü fakültə - Fizika-riyaziyyat fakültəsi açıldı.

1922-ci il dekabrın 6-da - Azərbaycan Dövlət Universiteti adlandırıldı.

1922-ci il martın 30-da - Şərq fakültəsi açıldı.

1923-cü il - Aleksandr  Dmitriyeviç Qulyayev  rektor  təyin edildi.

1924-cü il yanvarın 23-də – ADU-ya Vladimir İliç Leninin  adı verildi.

1926-cı il - ilk  azərbaycanlı rektor (Tağı Şahbazi Simurğ) seçildi.

1927-ci il - hüquq şöbəsi yaradıldı (1928-ci ildən müstəqil fakültə).

1929-cu il - Vladimir Sergeyeviç Yelpatyevski rektor təyin edildi.

1929-30-cu illərdə - Maqsud Məmməd oğlu Məmmədov rektor olur.

1930-cu ilin iyun ayı - Universitetin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar ( o cümlədən Azərbaycan Tibb  İnstitutu, Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsəttüfatı İnstitutu  və s.) yaradıldı.

1934-cü il mayın 25-də – Universitet yenidən fəaliyyətə başladı.

1934-35-ci illərdə - Məmmədkazım Ələkbər oğlu Ələkbərli rektor olur.

1934-cü il - Kimya və Biologiya fakültələri açıldı.

1935-37-ci illərdə - Balabəy Cabbar oğlu Həsənbəyov rektor olur.

1937-ci il - Əziz Məmmədkərim oğlu Əliyev rektor təyin edildi.

1937-ci il - xalqımızın görkəmli ziyalıları -  vaxtilə  rektor olmuş 4 nəfər (Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov), 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, ümumilikdə, Universitetdən  100 nəfərədək əməkdaş (Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, H.Şahtaxtinski və b.daxil olmaqla) “xalq düşməni”, “türkçü”, “turançı”, “pantürkçü” və s. damğaları vurularaq güllələnməyə məhkum edildi və ya Sibirin həbs düşərgələrinə sürgün olundu.

1937-41-ci illərdə - Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor olur.

1939-cu il aprelin 16-da – Bolşevik hakimiyyətinin cəmi 20 ilində 3-cü dəfə adı dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırıldı.

1941-1944-cü illərdə - Şamil Rəhim oğlu Əliyev rektor olur.

1943/1944-cü tədris ili - Geologiya-coğrafiya fakültəsi açıldı.

1944-50-ci illərdə - Abdulla İsmayıl oğlu Qarayev rektor olur.

1945-ci il - Bazası əsasında Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) yaradıldı.

1947-ci il - Filologiya fakültəsinin nəzdində Kitabxanaşünaslıq şöbəsi  (1962-ci ildən müstəqil fakültə) təşkil edildi.

1950-54-cü illərdə - Cəfər Xəndan Zeynal oğlu Hacıyev rektor olur.

1954-58-ci illərdə - Yusif Heydər oğlu Məmmədəliyev rektor olur.

1958- 65-ci illərdə - Şəfayət Fərhad oğlu Mehdiyev rektor olur.

1965-ci il - Yasamal rayonu ərazisində yeni tədris binası ( indiki əsas korpus) və yataqxana şəhərciyi istifadəyə verildi.

1965- 70-ci illərdə - Mehdi Sadıq oğlu Əliyev rektor olur.

1969-cu il - 1945-ci ildən Filologiya fakültəsinin nəzdində şöbə kimi fəaliyyət göstərən Jurnalistika müstəqil fakültə oldu.

1969-cu il noyabrın 1-də - yaradılmasının 50 illiyi münasibəti ilə Heydər Əliyevin iştirakı ilə  yubiley tədbiri keçirilirdi (indiki Şəhriyar klubunda).

1970-87-ci illərdə -Faiq Məmməd oğlu Bağırzadə rektor olur.

1972-ci il - Tətbiqi riyaziyyat (sonralar TR və kibernetika) fakültəsi açıldı.

1977-ci il - İkinci tədris binası (hal-hazırda 1-ci tədris korpusu)  istifadəyə verildi.

1987-89-cu illərdə -Yəhya Cəfər oğlu Məmmədov rektor olur.

1987-ci il - indiki 2-ci tədris korpusu istifadəyə verildi.

1989- 90-cı illərdə - Cəmil Bahadur oğlu Quliyev rektor olur.

1991-ci il - 4-cü dəfə adı dəyişdirələrək M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olur.

1990/91-ci tədris ili - Beynəlxalq münasibətlər və beynəlxalq hüquq(sonralar BM və iqtisadiyyat) fakültəsi yaradıldı.

1991-ci il - Sosial elmlər və psixologiya fakültəsi yaradıldı.

1990-92-ci illərdə - Mirabbas Göycə oğlu Qasımov rektor olur.

1992-93-cü illərdə - Firudin  Yusif oğlu Səməndərov rektor olur.

1992/93-cü tədris ili - İlahiyyat fakültəsi təsis olundu.

1993-1996-cı illərdə - Murtuz Nəcəf oğlu Ələsgərov rektor olur.

1992-ci il - Universitetdə ali təhsilin çoxpilləli(bakalavr, magistr) sisteminə keçildi.

1994-cü il  noyabrın 26-da - Respublika sarayında (indiki Heydər Əliyev sarayında) ümummilli lider Heydər Əliyevin iştirakı ilə 75 illik yubileyi  qeyd olundu.

1997-1998-ci illərdə - Misir Cumayıl oğlu Mərdanov rektor olur.

1997/98-ci tədris ilində - magistratura pilləsinə  ilk dəfə qəbul keçirildi.

1999-cu il yanvarın 11-də - Abel Məmmədəli oğlu Məhərrəmov rektor vəzifəsinə təyin olundu.

2000-ci il iyunun 13-də - özünü idarəetmə əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsi statusu verildi və mövcud olduğu illər ərzində 5-ci dəfə adı dəyişdirələrək  ilkin formasına qaytarıldı - BDU adı bərpa edildi.

2000-ci il fevralın 12-də - 80 illik yubileyi qeyd edildi və Heydər Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olundu.

2000-ci il - müasir idman kompleksi, Altıağac qəsəbəsində tələbələr üçün tədris-təcrübə bazası, müəllimlər üçün istirahət zonası, 300 nəfərlik  “Kainat” yaşayış kompleksi istifadəyə verildi.

2001-ci il – yeni nəşriyyat və üzgüçülük kompleksi istifadəyə verildi.

2006/07-ci tədris ili - Bolonya prosesinin(kredit siteminin) tətbiqinə başlanıldı.

2007-ci il - Nanoaraşdırmalar elmi-tədqiqat mərkəzi açıldı.

2007-ci il iyunun 8-də - Nəzdində "Gənc istedadlar" liseyi fəaliyyətə başladı.

2008-ci il sentyabrın 15-də - Prezident İlham Əliyevin iştirakı ilə onmərtəbəli yeni tədris korpusunun açılışı oldu.

2009-cu il - 360 ailəlik “Bakı universiteti” yeni yaşayış kompleksi təhvil verildi.

2009-cu il noyabrın 2-də - 90 illik yubiley mərasimi keçirildi. Tədbirdə Prezident İlham Əliyevə BDU-nun  Fəxri doktoru diplomu təqdim olundu.

2011-ci il - Ekologiya və torpaqşünaslıq fakültəsi təsis edildi.

2012-ci il - 1993-cü ildən tələbə yataqxanalarında məskunlaşmış qaçqınların yeni yaşayış massivinə köçürülməsinə başlanıldı, bu proses 2013-cü ildə başa çatdı.

2013-cü il - Prezident İlham Əliyevin iştirakı ilə Qubada 400 nəfərlik 5 mərtəbəli Tədris-təcrübə və istirahət mərkəzi   istifadəyə verildi.

2014-cü il - 95 illik yubileyi qeyd edildi.

2014-cü il - Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzi yaradıldı.

2015-ci il - universitetin yaradıcılarından biri və ilk rektoru, professor Vasili İvanoviç Razumovskinin Yessentuki şəhərində (Rusiya Federasiyası, Stavropol vilayəti) xatirə barelyefi açıldı.

2016-cı il fevral - İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı.

2016-cı il aprel - BDU-nun Qazax filialı fəaliyyətə başladı.

2016-cı il - Jurnalistika fakültəsinin nəzdində müasir Tədris-teleradio studiyası açıldı.

2017-ci il - Jurnalistika fakültəsinin nəzdində "Barama" Media-mərkəzi istifadəyə verildi.

2017-ci il - universitetin ilk azərbaycanlı rektoru, görkəmli  ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında  xatirə barelyefi açıldı.

2017-ci il - Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaları istifadəyə verildi.

2017-ci il - Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açıldı.

Digər bölmələr