BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
188 21-09-2018

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İndoneziyanın Darussalam Gontor Universitetinin (UNİDA Gontor) rektoru, professor Amal Fəthullah və prorektor Həmid Fəhmi Zarkasi ilə görüşüb. Qonaqları salamlayan rektor Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığıngenişləndiyini nəzərə çatdırıb.

Rektor, professor Amal Fəthullah, öz növbəsində, bu qocaman ali təhsil ocağında görüşün təşkilinə görə minnətdarlığını bildirib, təmsil etdiyi universitetin tarixi, tədris istiqamətləri barədə danışıb. BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor imzalanacaq Anlaşma Memorandumunun qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.

Universitetlərarası münasibətlərin müzakirə edildiyi görüşdə BDU-da İndoneziya ilə yanaşı Malayziya, Bruney və Sinqapurun rəsmi dövlət dili kimi 40 milyon insanın ana dili olan malay dilinin tədrisi, həmçinin bu istiqamətdə kadr hazırlığı ilə bağlı görüləcək işlər müzakirə olunub.

Daha sonra BDU və UNİDA Gontor arasında müəllim-tələbə mübadiləsi, birgə konfransların, seminarların və yay məktəblərinin təşkili kimi məsələləri əks etdirən Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, görüş çərçivəsində qonaqlar universitetin elmi-tədqiqat mərkəzləri, laboratoriyaları, muzeyləri ilə tanış olublar.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2018-ci il.

Digər yazılar

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub

Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub