BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
170 19-09-2018

Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov bu ali təhsil ocağının 100 illik yubiley ərəfəsində olduğunu deyərək onun tarixi, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Azərbaycan-Vyetnam əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq təhsil sahəsində yeni layihələrin həyata keçirilməsinin önəmli olduğunu bildirib. Belə ki, universitetdə ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə mərkəzlərin olduğunu, vyetnam dili və ədəbiyyatının tədrisi istiqamətində birgə addımların atılmasının da faydalı ola biləcəyini qeyd edib.

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu, öz növbəsində, məzunu olduğu bu ali təhsil ocağında yenidən olmasından məmnunluğunu ifadə edib.  Vyetnamdan 4 minədək məzunun Azərbaycan universitetlərini bitirdiyini, nümayəndə heyətində iştirak edənlərin əksəriyyətinin də BDU məzunu olduqlarını diqqətə çatdırıb.

Görüşdə Vyetnam universitetləri ilə əlaqələrin yaradılması, elm və  təhsil sahəsində  müəllim-tələbə mübadiləsi, Vyetnam dilinin tədrisi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat laboratoriyalarında,  muzeylərində, Hüquq fakültəsində olub, xatirə şəkilləri çəkdiriblər.

Mətbuat və informasiya şöbəsi, 19 sentyabr 2018-ci il

Digər yazılar

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub