BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
106 17-09-2018

Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayı Bakıda olacaq

Rusiya Federasiyasının Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının “Avroasiya məkanında regionların sosial inkişafı” mövzusunda XXXI qurultayı keçirilib.  Azərbaycanı bu tədbirdə Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev təmsil edib. Qurultayın plenar iclasında çıxış edən Fikrət Şiriyev Azərbaycan ali məktəblərində Həmkarlar təşkilatlarının rolu, Universitetlərə dövlət qayğısı, həmçinin ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edlmiş proqramlar, onların həyata keçirilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verib. 6 ölkənin 50-dək universitetindən gəlmiş nümayəndə heyəti qarşısında ölkəmizin son illərdə dinamik inkişafını əks etdirən slaydların nümayişi ilə baş tutan məruzə qurultay nümayəndələrinin böyük marağına səbəb olub. Məruzədə son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, humanitar forumlar, multikulturalizm sahəsində əldə edilən uğurlar, regionların inkişafı  barədə məlumat verilib. Sonra qurultay Petrozavodsk Dövlət Universitetində  bölmə iclasları ilə davam edib. Assosiasiyanın vitse-prezidenti olan Fikrət  Şiriyev bölmə iclaslarından birində sədr olub.  Dosent Fikrət Şiriyev, həmçinin,  qurultayın keçirildiyi Kareliya Respublikasında Həmkarlar Təşkilatlarının yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirində  də iştirak edib. Qeyd edək ki, qurultayın yekun iclasında gələn il Avroasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının növbəti qurultayının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub.    

Digər yazılar

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib