BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
150 12-09-2018

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb. Universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor Abel Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor Abel Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.

         Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan  məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.   

 Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb.  Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

         Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4  məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.  

 

BDU-nun Mətbuat və informasiya şöbəsi, 12 sentyabr 2018-ci il.

Digər yazılar

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub