Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovu qəbul edib. Görüşdə Bakı Dövlət Universiteti ilə Dövlət və Hüquq İnstitutu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini təşviq etmək məqsədi ilə, tədqiqatçıların qarşılıqlı səfərləri, birgə beynəlxalq konfranslar və tədqiqat layihələri, müştərək proqram və seminarların keçirilməsi müzakirə edilib. Universitetin 100 illik yubiley tədbirlərində həmçinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietje və Beynəlxalq iqtisadi hüquq kafedrasının müdiri, professor Azər Əliyev, Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Jim Walker və Hüquq fakültəsinin dekanı, professor Guillaume Protiere də iştirak ediblər. Bakı Dövlət Universiteti ilə Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir və rektor Christian Tietje yubiley tədbirində çıxışı zamanı Hüquq fakültəsinə bir təqaüd proqramının ayrıldığını səsləndirib. Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə imzalanmış Niyyət Protokoluna əsasən 2020-ci ildən etibarən bu istiqamətdə birgə kadr hazırlığlı həyata keçiriləcəkdir.
Digər yazılar
BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib
BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər
BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar
BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki
BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub