BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib
Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası Astronomiya Olimpiadası” öz işinə başlayıb.
BDU-nun rektoru Elçin Babayev, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadaya qatılan 150-yə yaxın IX-X sinif şagirdlərini salamlayaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində onlara uğurlar arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, “Məktəblilərarası Astronomiya Olimpiadası”nın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.
"Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri, təqdim edilən suallar barədə ümumi məlumat verdikdən sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gəncklər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.
Olimpiadanım qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.
Digər yazılar
BDU-nun beynəlxalq əlaqələri genişlənir
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib
BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər
BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar
BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki
BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub