BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
743 14-11-2019

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

Bakı Dövlət Universitetində “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakaeva “Beynəlxalq elmi jurnalların axtarıb tapılması və onlarda nəşr olunmağın yolları” mövzusunda təlim keçib.  
Təlimdə  Universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər. Valeria Kurmakaeva  “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər,  elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. O, həmçinin son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını diqqətə çatdırıb.Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur.   “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyən Valeria Kurmakaeva, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə istinadı (self-citation) çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə Universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib