BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
791 14-11-2019

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti – milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri açan rektor Elçin Babayev saz sənətinin şifahi xalq yaradıcılığında və yazılı ədəbiyyatda xüsusi yer tutduğunu deyib. Kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənətinin ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığı ilə daha da zənginləşdiyini bildirib. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin böyük töhfələrindən danışan rektor, tələbələrə milli ruhun aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığından danışıb. Gənclərin ozan sənəti haqda məlumatlı olmalarının vacibliyini qeyd edərək aşıq sənətinə dövlət səviyyəsində qiymət verildiyini xatırladıbO bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olub, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və s. şeir formalarında əsərlər yazıb, dastanlar yaradıb.

Daha sonra tədbir maraqlı bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.

Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov görkəmli söz ustadı Aşıq Şəmşirə, aşıq sənətinə həsr edilən tədbirə yaratdıqları şəraitə görə universitetə təşəkkürünü bildirib, BDU-nun professor-müəllim və tələbə heyətini 100 illik yubiley münasibətilə təbrik edib.

Mərasim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik Yubileylə bağlı “Fəxri Fərman”ın təqdim edilməsi ilə başa çatıb.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib