BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1089 08-10-2019

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin həmyaşıdı olan Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Tarix fakültəsinin yaranma tarixi və inkişaf mərhələlərindən, onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib.  BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq baş tutan bu konfransın əhəmiyyətini qeyd edən rektor onun işinə uğurlar arzulayıb.

Tarix fakültəsinin dekan əvəzi İbrahim Zeynalov konfransın təşkili və keçirilmə prosedurları barədə məlumat verib və “Bakı Dövlət Universitetinin təşəkkülü və Tarix fakültəsi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri,  AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixi tədqiqatlarda dövlətçilik ideologiyası” mövzusunda məruzəsini təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru, siyasi elmlər doktoru Elçin Əhmədov, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova və digər çıxış edənlər BDU-nun elm və təhsilimizin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər.

Konfrans işini “Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti”,  “100 yaşlı Tarix fakültəsi”, “Tarixi araşdırmalar”, “Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadr hazırlığı”, “BDU və Tarix fakültəsi tələbələrin gözü ilə” adlı bölmələrdə davam etdirib.

Konfransa respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən, o cümlədən Türkiyə Cümhuriyyəti və Ukraynadan çoxsaylı tezislər daxil olub.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib