BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
166 18-09-2019

Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrlə əlaqədar maarifləndirici tədbir keçirilib

Bakı Dövlət Universitetində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə elan etdiyi Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə təqdim olunacaq layihələrin hazırlanmasına yardım məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə Minilliyin və BMT-nin Dayanıqlı inkişaf məqsədləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dayanıqlı inkişaf məqsədlərinə qoşulub, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və respublikada bu sahədə bir sıra işlər görülüb.  Bu müsabiqənin də sosial, iqtisadi və ekoloji istiqamətlər üzrə layihələri dəstəkləmək məqsədi daşıdığını bildirən A.Kazımzadə  universitetdə qeyd edilən hər üç istiqamətdə kadr hazırlığı aparıldığından  tələbə, magistrant və doktorantların bu müsabiqədə fəal iştirak edə biləcəklərini vurğulayıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühazifəsinin gücləndirilməsi baxımından innovasiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Ulduzə Xəlilova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri Elməddin Hacıyev müasir dövrdə sosial innovasiyaların vacibliyindən və əhəmiyyətindən bəhs ediblər.

Daha sonra Sosial İnnovasiyalar Laboratoriyasının əməkdaşı Zamiq Əsgərzadə innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edib

Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub