BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950),  SSRİ dövlət mükafatı laureatı,   akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il  - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü,  professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il -  SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan  Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10  aprel  1924 - cü il - Coğrafiya fakültəsinin dekanı  (1967-1972), Geodeziya və  kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi  oğlu Piriyev (1924-1989) anadan  olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü,  professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı  ordenli, Dövlət mükafatı laureatı,  akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru,  (1939-1959)  Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər  BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim,  “Lenin” və  “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci  il - Hidrometeorologiya kafedrasının  professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan  olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası  kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi,  professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003),   Hüquq fakültəsinin dekanı  (2002-2003), Əməkdar müəllim,  professor Yusif  Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941),  "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi,  Komsomol  mükafatı laureatı, "Şərəf nişanı" ordenli,  professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli,  Əməkdar elm xadimi,   professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),
135 20-09-2019

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə  gəlib. Səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.

Bakı Dövlət Universiteti vahid elmi-texniki siyasəti formalaşdırmaq, bu siyasət çərçivəsində müxtəlif elm sahələrində elmi-texniki nailiyyətlərin, qabaqcıl təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiq edilməsi üçün bir çox beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edir. Universitet ölkədə elm və təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir. Bu baxımdan imzalanan memorandum çərçivəsində nəzəri və tətbiqi fizika, riyaziyyat, fənlərarası tədqiqatlar sahəsində dünya elminin ən mühüm istiqamətləri üzrə Bakı Dövlət Universitetinin elmi potensialının gücləndirməsinə və bu yolla Universitetin dünya elmində yüksək səviyyələrdə mövqeləndirilməsini təmin edilməsinə imkan yaradan zəruri tədbirləri həyata keçirmək, gənclərin dünyanın elmi inkişaf mühitinə inteqrasiya edilməsini və innovativ düşüncə və rəqabətədavamlı biliyə yiyələnmələrini təmin etmək üçün beynəlxalq ixtisasartırma və mübadilə proqramlarında iştirakına şərait yaratmaq, müxtəlif səviyyələrdə birgə elmi tədbirlərin, o cümlədən elmi-praktiki toplantıların, konfransların, seminarların və digər elmi tədbirlərin təşkili, keçirilməsi, dəstəklənməsi barədə razılığa gəlinib.

 20 sentyabr 2019.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub