BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
2 dekabr 1904-cü il - BDU-nun prorektoru, (1953-1954),Geofizika kafedrasının müdiri (1953-1959), akademik Şirəli Nəsir oğlu Məmmədov (1904-1984) anadan olub.2 dekabr 2010-cu il - Bakı Dövlət Universitetində Tədris-elektron mərkəzi istifadəyə verilib. 6 dekabr 1922-ci il - Bakı Dövlət Universitetinin adı dəyişdirilib- Azərbaycan Dövlət Universiteti adlandırılıb. 7 dekabr 1993-cü il – professor Murtuz Nəcəf oğlu Ələsgərov rektor təyin edilib. 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü13 dekabr 1962-ci il- Klassik Azərbaycan ədəbiyyatı  kafedrasının müdiri(2009-cu ildən), BDU-nun prorektoru(2006-2008),Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru(2008-ci ildən), akademik Nərgiz Arif qızı Paşayeva anadan olub.14 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1949-1956) akademik Müzəffər Heydər oğlu Abutalıbov (1908-1984) anadan olub.14 dekabr 1927-ci il –  Kristalloqrafiya, Mineralogiya və Geokimya kafedrasının professoru, AMEA-nın müxbir üzvü,"Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenli Xudu Surxay oğlu Məmmədov (1927-1988) anadan olub.15 dekabr 1931-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1992-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Qara Teyfur oğlu Mustafayev anadan olub.15 dekabr 1907-ci il – Fiziki coğrafiya və Təbiəti mühafizə kafedralarının professoru (1968-1988), Əməkdar elm xadimi,  Ali Sovetin (10-11-ci çağırış) deputatı, “Lenin”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” və “Şərəf nişanı” ordenli akademik Həsən Əlirza oğlu Əliyev (1907-1993) anadan olub. 15 dekabr 1910-cu il –SSRİ tarixi kafedrasının professoru (1968-1969), Əməkdar elm xadimi İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.16 dekabr 1927-ci il – BDU-nun rektoru (1989-1990), “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) anadan olub.17 dekabr 1928-ci il – Hüquq fakültəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. 17 dekabr 1924-cü il – Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri (1976-1980), Jurnalistika fakültəsinin dekanı (1970-1976), “Şərəf” ordenli, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməhəmməd oğlu Hüseynov anadan olub.18 dekabr 2014-cü il – BDU-nun 95 illik yubileyi qeyd edilib. 22 dekabr1911-ci il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru (1947-1988), Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi Nəsir Əsədulla oğlu İmanquliyev (1911-1998) anadan olub.24 dekabr 1961-ci il – Azərbaycan Respublikasının Prezidenti, "Heydər Əliyev" ordenli,  BDU-nun Fəxri doktoru İlham Heydər oğlu Əliyev anadan olub.24 dekabr 1918-ci il – Nəzəri fizika kafedrasının müdiri (1967-1988), “Şöhrət” və “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abdulla İbrahim oğlu Muxtarov (1918-2013) anadan olub.25 dekabr 1906-cı il – Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1941-1960), professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) anadan olub.25 dekabr 1934-cü il – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri (1973-2003), professor Famil Ağalar oğlu Mehdi (1934-2003) anadan olub.25 dekabr 1908-ci il – Bitki fiziologiyası kafedrasının müdiri (1957-1978), profossor Abdulla Xəlil oğlu Tağizadə (1908-1978) anadan olub.25 dekabr 1905-ci il – BDU-nun prorektoru, (1952-1953) Çökmə süxurların petroqrafiyası kafedrasının müdiri (1952-1956), akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) anadan olub.25 dekabr 1931-ci il – Kitabxanaçılıq fakültəsinin dekanı (1962-1970 və 1980-1994), Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri (1963-2017), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Əməkdаr mədəniyyət işçisi, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov anadan olub.25 dekabr 1949-cu il- Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı (1989-2000, 2005-2007) professor Rizvan Teymur oğlu Paşayev anadan olub.27 dekabr 1932-ci il – Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri (1991-2000), professor Arif Cəmil oğlu Abasquliyev (1932-2000) anadan olub.28 dekabr 1920-ci il – Fəlsəfə kafedrasının dosenti (1953-1958), BDU HİK-in sədri( 1944-1952), akademik Firudin Qasım oğlu Köçərli (1920-2004) anadan olub.28 dekabr 1900-cü il – Cinayət hüququ kafedrasının müdiri (1945-1976), Əməkdar hüquqşünas professor Vahid Pənah oğlu Qəhrəmanov (1900-1978) anadan olub.28 dekabr 1937-ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri(1986-1994), AMEA-nın müxbir üzvü, professor Əliyar Qurbanəli oğlu Səfərli (1937-2017) anadan olub.29 dekabr 1921-ci il –  Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru (1974-2003), “Şöhrət” ordenli, Xalq yazıçısı Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.30 dekabr 1936-cı il – Azərbaycan SSR Xalq Komissarları Soveti ADU-nun tədris binasının tikintisi barədə qərar qəbul edib. 30 dekabr 1918-ci il –  BDU-nun prorektoru, (1956-1960; 1965-1971), Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1958-1991), Geologiya-coğrafiya fakültəsinin dekanı (1981-1986), AMEA-nın müxbir üzvü, professor Qədir Məmməd oğlu Sultanov (1918-1995) anadan olub.30 dekabr 1930-cu il –  Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri ( 1979-2010), Əməkdar müəllim, professor Cəlal Mehdi oğlu Abdullayev (1930-2010) anadan olub.         30 dekabr 1927-ci il – Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri (1990-2008), professor Məmmədəli Baba oğlu Zeynalov (1927-2008) anadan olub.31 dekabr 1905-ci il – BDU-nun rektoru (1954-1958), Neft kimyası kafedrasının professoru, “Lenin”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenli, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Ali Sovetinin (V çağırış) və Azərbaycan Ali Sovetinin (IV çağırış) deputatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev (1905-1961) anadan olub.31 dekabr 1909-ci il – Elmi işlər üzrə prorektor (1954-1959), Fiziki coğrafiya kafedrasının müdiri (1952-1958),  “Şərəf nişanı” ordenli, AMEA-nın müxbir üzvü, professor Qasım Kazım oğlu Gül (1909-1972) anadan olub.31 dekabr 1916-cı il – Mülki hüquq kafedrasının müdiri (1952-1990), professor Əziz İsmayıl oğlu Əsədov (1916-1991) anadan olub.
770 16-09-2019

BDU-nun Qazax filialında Bilik Günü qeyd olunub

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müəllim-tələbə kollektivi və valideynlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Sonra filialın binasında aparılmış yenidənqurma işləri və tələbələrə yaradılmış şəraitlə tanış olublar.

Dövlət Himni səsləndikdən sonra BDU Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Bildirib ki, yeni tədris ilində filialda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarında olacaqdır. A.Rüstəmov qeyd edib ki, 2019-2020-ci tədris ilində yeni bir ixtisas da əlavə olunmaqla filialda 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə isə qiyabi şöbəyə qəbul aparılıb. Filiala respublikamızın 58 rayonu üzrə 552 tələbə qəbul olunub. Bu tədris ilində filialda 1529 tələbə  təhsil alacaqdır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, valideyn və müəllimləri təbrik edib, birinci kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” söyləyən ulu öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulayıb və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da ölkədə təhsil siyasətini uğurla davam etdirərək təhsilin inkişafına böyük önəm verirlər. 

İcra başçısı qeyd edib ki, filialda 1 nəfər akademik, 3 nəfər professor, 20 nəfər elmlər namizədi olmaqla 95 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Bildirib ki, peşəkar müəllim-professor heyətinin olması,  filialda yaradılan yüksək şərait onu deməyə əsas verir ki, siz tələbələr gələcəkdə tam formalaşmış bir kadr kimi cəmiyyət üçün yararlı vətəndaş olacaqsınız.

Filialın müəllimi Ülviyyə Bayramova çıxış edərək tələbələrə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb. Valideyn Elmira Bayramova təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq övladının filialı seçməsinə səbəb burada peşəkar müəllim-professor heyətinin və keyfiyyətli təhsilin olmasını bildirib. 

Riyaziyyat və informatika müəllimliyi ixtisasının 558 bal toplamış I kurs tələbəsi Nailə Osmanova bu filialı seçməklə düzgün addım atdığını, burada ali təhsil almaq üçün hər cür şəraitin olduğunu bildirib.

Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri və cicək dəstələri verilib.

 

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub