BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
32 08-08-2019

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

Erasmus+ EAC/A03/2018 - KA2 “Ali təhsil sahəsində bacarıqların artırılması” proqramı çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibləri müəyyən olunub. Bakı Dövlət Universiteti “Innovative Training Center to support 3rd cycle Advanced Education Course to face Environmental Emergency in Azerbaijan” layihəsinin Azərbaycan üzrə seçilən partnyorları sırasındadır.

956987 dollar dəyərində olan layihənin koordinatoru İtaliyanın La Sapienza Universitetidir. Azərbaycandan Bakı Dövlət Universiteti ilə yanaşı, Analitik MMC, Azecolab Company MMC, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Sukanal Elmi-tədqiqat və layihə İnstitutu da layihənin partnyorlarıdır.
Qeyd edək ki, Azərbaycanda əsas ekoloji problemləri həll etmək üçün layihə çərçivəsində yeni texnologiya və tətbiqlərdən istifadə bacarığı olan mütəxəssislərin hazırlanması planlaşdırılır. Layihə çərçivəsində universitetlər və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi, ətraf mühitin çirklənməsi sahəsində problemlərin həlli və birgə tələbə və kadr hazırlanması nəzərdə tutulub. Tədris zamanı mövcud problemlərin həlli üçün yeni tədris metodologiyası tətbiq ediləcək. Layihə 2019 - 2022-ci illər ərzində həyata keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 08 avqust 2019-cu il.

Digər yazılar

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir