BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyə Respublikasının nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan Jurnalistika fakültəsinin məzunlarını qəbul edib.
Türkiyənin Dövlət Təqaüd Proqramı olan “Türkiyə Bursları” xətti ilə qəbul olunan məzunlarla keçirilən görüşdə rektor elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı tövsiyə edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə, eyni zamanda, jurnalistika sahəsində ixtisaslaşmalar, tələbələrin ölkənin nüfuzlu media qurumlarında təcrübə keçmələri, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, məzunların təklifləri dinlənilib.
Qeyd edək ki, Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” ixtisaslaşması üzrə magistr məzunu Nurlan Salamov doktorantura pilləsində Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun fəlsəfə doktoru proqramına, magistratura pilləsində isə fakültənin bakalavr məzunlarından Ayşən Hüseynova Kocaeli Universitetinə, Həşim Səhrablı İzmir Ege Universitetinin Sosial Elmlər İnstitutuna, Comərd Rüstəmli isə Əskişəhər Anadolu Universitetinə qəbul olunublar.
Bakı Dövlət Universiteti olaraq məzunlarımıza elm sahəsində ölkəmizi layiqincə təmsil etmələrini arzulayır, onlara uğurlar diləyirik.
Mətbuat və informasiya şöbəsi, 02 avqust 2019.
Digər yazılar
BDU-nun beynəlxalq əlaqələri genişlənir
BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib
Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək
Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib
BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər
BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar
BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki
BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub