BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
139 22-07-2019

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

AzEdu.az təhsil portalı 22 iyul - Milli Mətbuat Günü münasibətilə bir neçə nominasiya üzrə sorğu keçirərək qalibləri müəyyənləşdirib. Təhsildən yazan jurnalistlərdən “Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri”, təhsil ekspertləri, universitetlərin mətbuat xidmətlərinin rəhbərlərindən isə “Təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandıran jurnalist və təhsil mövzularına ən çox  yer ayıran və bu əsnada peşəkar meyarları qoruyan  media orqanı” soruşulub.

“Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri” kimi Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova ümumi səslərin 29 faizini toplayaraq ilk yerə, 15.8%  faizlə Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova isə ikinci yerə sahiblənib.

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandırdığına görə ümumi səslərin 11, Modern.az xəbər portalının əməkdaşı Namidə Bingöl isə 8,9 faizinə sahiblənib.

Təhsil mövzularına ən çox yer ayıran və peşəkar meyarları qoruyan  media orqanı kimi “Azərbaycan müəllimi” qəzeti 19 faizlə ilk, Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azərtac isə 7,9 faizlə ikinci yeri tutub.

Qaliblərə AzEdu.az təhsil portalı adından diplom veriləcək.

Mətbuat və informasiya şöbəsi, 22 iyul 2019-cu il. 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub