BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
336 22-07-2019

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?

Bakı Dövlət Universiteti dünya universitetlərinin reytinqini tərtib edən bir neçə beynəlxalq reytinq agentliklərinin siyahısında yer tutur. İlk olaraq 2010-cu ildə “QS World University Rankings” reytinqinə daxil olan universitet həm bu qurum, həm də növbəti illərdə əməkdaşlıq etdiyi digər bir neçə agentliyin siyahısında müxtəlif yerlərdə qərarlaşıb. 
“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub. 
“QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında isə BDU 2014-ci ildən təmsil olunur və 2019-cu ilin nəticələrinə əsasən bu siyahıda 142-ci yerdə qərarlaşaraq Azərbaycan ali təhsil müəssisələrinə başçılıq edir. 
Bakı Dövlət Universiteti, eyni zamanda, 2010-cu ildən “University Ranking by Academic Performance: URAP”-ın siyahısında yer alır. Şirkətin 2018-2019-cu il nəticələrinə əsasən, BDU 2500 universitet arasında 2452-ci yerdədir. 
2010-cu ildən başlayaraq dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən  "Webometrics"in siyahısında da yer alan BDU 2019-cu ilin nəticələrinə əsasən, 3634-cü yeri tutur. 
Universitetin təmsil olunduğu daha bir reytinq agentliyi "Round University Ranking"dir. BDU 2013-cü ildən etibarən bu reytinqə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil edilib və  2018-ci ilin nəticələrinə əsasən, bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. 
Bundan əlavə, BDU 2014-cü ildə etibarən “U-Multirank” tərəfindən 96 ölkə üzrə 1700 universitet arasında dünyanın ən yaxşı 800 universiteti siyahısında daxil edilib. 
Daha bir reytinq agentliyi - “Scimago İnstitutions Ranking” 2019-cu il nəticələrini açıqlayıb və Bakı Dövlət Universiteti bu reytinqdə də yer alaraq 817-ci yerdə qərarlaşıb. 
Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri, əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.

Mətbuat və informasiya şöbəsi, 22 iyul 2019-cu il.   
 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub