BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
48 16-07-2019

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

İyulun 16-da Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.

BDU-nun rektoru Elçin Babayev son illərdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu il 100 yaşı tamam olan universitetin fəaliyyəti barədə məlumat verib. Təlim-konfransın media ilə təhsil dialoqu baxımından mühüm əhəmiyyətini qeyd edən Elçin Babayev bildirib ki, təlimin əsas məqsədi ali təhsil müəssisələri ilə media qurumlarının əlaqələrinin daha da yaxşılaşdırılması, mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılmasıdır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulmuş müsabiqə haqqında məlumat verən rektor ali təhsil müəssisələrinin mətbuat katiblərini də həmin müsabiqədə iştirak etməyə çağırıb və media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müşaviri Elnur Məmmədov ali təhsil müəssisələrində PR işinin təşkilinin əsas məqsədlərini sadalayıb, təhsilin mediada düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib. Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan Təhsil nazirinin müşaviri media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirib, nazirliyin hər zaman belə tədbirlərin keçirilməsinə önəm verdiyini əlavə edib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda  BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?”, “Alibayov” kommunikasiya və konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov isə “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiya və taktikası” mövzusunda təqdimatla çıxış ediblər. Bildirilib ki, müəssisənin daxili PR-nın təşkili, KİV və sosial mediada monitorinqin aparılması, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində beynəlxalq təcrübənin tətbiqi vacib məsələlərdəndir.

Təlim-konfrans mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

 

Mətbuat və informasiya şöbəsi, 16 iyul 2019-cu il.

Digər yazılar

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?