BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
29 11-07-2019

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

Bakı Dövlət Universitetində “İrs” beynəlxalq jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında “İrs” jurnalının xidmətlərindən danışıb. 18 dildə çap olunan və dünyanın 70-dən çox ölkəsində yayımlanan jurnalın və “İrs” seriyası adı altında çapdan çıxan 10 adda kitabın mədəni irsimizin, dəyərlərimizin təbliği istiqamətindəki töhfələrini qeyd edən rektor Elçin Babayev  bu nəşrlərin işıq üzü görməsinə dəstək verən “Paşa Həyat Sığorta”nın bu işdəki nəcib fəaliyyətini xüsusilə qeyd edib.

Musa Mərcanlı baş redaktoru olduğu “İrs” və “Azerbaijan Airlines” jurnallarının müxtəlif dillərdə çap olunmasını ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğ olunmasındakı roluna diqqət çəkərək universitet alimlərini əməkdaşlığa dəvət edib.

“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın milli-mədəni irs nümunələrinin beynəlxalq səviyyədə təqdim olunması məqsədilə həyata keçirilən layihələrə verilən dəstəyin nəticələrindən məmnunluğunu ifadə edib.

Görüşdə universitetin professor-müəllim heyətinin və Jurnalistika fakültəsi tələbələrinin “İrs” jurnalı ilə əməkdaşlıq məsələləri müzakirə edilib, jurnalın xüsusi buraxılışının Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunması barədə razılığa gəlinib.

Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlıq  əlaqələrindən danışıblar.

Sonda “İrs” jurnalının nömrələri və “İrs” seriyası adı altında çap olunan 10 adda kitab universitetin elmi kitabxanasına hədiyyə olunub.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib