BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
34 10-07-2019

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin və “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin  birgə təşəbbüsü ilə  Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimində Azərbaycanın tanınmış alimləri, ziyalılar, gənc tədqiqatçılar və tələbələr iştirak edib.  
Konfransa Türkiyə və Şimali Kipr Türk Cumhuriyyətindən, o cümlədən Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən ümumilikdə 139 tezis təqdim olunub. Onlardan 109-u təşkilat komitəsi tərəfindən çapa tövsiyə edilib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib gəlib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Açılış nitq ilə çıxış edən “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Saday Vəliyev təşkilatın son illər həyata keçirdiyi layihələrdən, BDU-nun Filologiya fakültəsi ilə uğurlu əməkdaşlıqdan və keçirilən konfransın mühüm tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında universitetin Filologiya fakültəsinin müstəsna rolu olub.  
BDU-nun Filologiya fakültəsinin dekan müavini, professor Nizami Xəlilov Filologiya fakültəsinin keçdiyi yüzillik şərəfli inkişaf yolundan, burada fəaliyyət göstərmiş görkəmli ziyalıların xidmətlərindən danışıb, universitetin ilk azərbaycanlı müəllimlərindən biri olan Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının bəzi mühüm məqamları haqqında məlumat verib.  
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in  kiçik elmi işçisi, təşkilat komitəsinin üzvü Pərvin Eyvazov konfrans barəsində hesabat xarakterli çıxış edib.   
Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusifli Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Bakı Dövlət Universitetinin rolundan, Filologiya fakültəsinin respublikamızdakı nüfuzundan, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli BDU-nun Filologiya fakültəsinin elmi mühitindən, universitetin görkəmli dilçi alimlərinin fəaliyyətindən söz açıb.
Sonra Türkiyənin Fırat Universiteti Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının və Şimali Kipr Türk Cumhuriyyəti Girne Amerikan Universitetinin Türk dili və ədəbiyyatı müəllimliyi kafedrasının müdiri dosent Elza Alışova Dəmirdağın çıxışlarını əks etdirən videomaterial nümayiş olunub.  Hər iki çıxışçı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin yüz illik yubileyi münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırıb, təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi dosent Qüdsiyyə Qəmbərova Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu elm ocağının müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən zəngin və şərəfli bir yol keçdiyini,  böyük ziyalıların fədakar əməyi sayəsində yetişdirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın tərəqqisinə misilsiz töhfələr verdiyindən bəhs ediblər.
Sonda konfransın təşkil olunmasında fəal iştirak etmiş BDU-nun Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsinə “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyi adından təşəkkürnamələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 10 iyul 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib