BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
17 08-07-2019

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası obyektiv və şəffaf şəraitdə keçib. Filialın durektoru  Arif Rüstəmovun 23 may 2019-cu il tarixli əmrinə əsasən semetr imtahanları 3 iyun 2019-cu il tarixində başlayıb və 2 iyulda başa çatıb. İmtahanlarla bağlı əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü  aparılıb, valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin nəticəsidir ki, imtahan prosesində hec bir qanun pozuntusu aşkar olunmayıb, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilib.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanıb.

Yaz semetrində 1014 tələbə iştirak edib. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirbər. Semetr ərzində ümumilikdə 217 imtahan keçirilib. Ən başlıcası isə odur ki, imtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunub.

25 nəfər tələbə 50 bala, 2 nəfər tələbə 70 bala, 2 nəfər tələbə isə 90 bala görə komissiyanın qərarı ilə müvafiq imtahanlardan qiymət almış hesab edilib.

Yaz imtahan sessiyası başa çatması ilə əlaqədar filialda yığıncaq keçirilib. Filialın direktoru Arif Rüstəmov imtahanların obyektiv və şəffaf keçirildiyini qeyd edərək filialın professor və müəllimlərinə, nəzarətçilərə öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin üzərinə düşən başlıca vəzifə əldə olunan nailiyyətləri qoruyub saxlamaq, daha da təkmilləşdirmək və müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün böyük əzmlə, məsuliyyətlə çalışmaqdır.

Sonda fərqlənənlərə mükafatlar verilib, təşəkkür elan olunub.


Elçin İSMAYIL,
BDU-nun Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib