BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
129 09-07-2018

Azərbaycanlı alimin həmmüəllifi olduğu monoqrafiya akademik Mixail Yeqorovun redaktorluğu ilə çapdan çıxıb

Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev və Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin A.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları L.Oparina və akademik B.Trofimovun həmmüəllifi olduqları “Aromatik tiollar və onların törəmələri” monoqrafiyası N.Zelinski adına Üzvü Kimya İnstitutunun direktoru, REA-nın Kimya və Materialşünaslıq Bölməsinin akademik-katibi, akademik Mixail Yeqorovun redaktorluğu ilə çapdan çıxıb.

Monoqrafiyanın rəyçiləri REA-nın Ural bölməsinin Üzvü Sintez İnstitutunun keçmiş direktoru, laboratoriya müdiri, Ural Dövlət Texniki Universitetinin üzvü kimya kafedrasının müdiri, akademik O.Çupaxin, professorlar N.Qusarova və C.Amosovadır. İ.Əliyevin həmmüəllifi olduğu monoqrafiyada onun 50 il ərzində aromatik tiollar və onun törəmələri sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin bir hissəsi öz əksini tapıb.

Monoqrafiya aromatik tiolların və onların yaxın törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən müxtəlif funksional qruplu törəmələrinin - asil, tioasil, alkoksid, mürəkkəb efir, hidroksil, həmçinin halogenli birləşmələrinin kimya və fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Bir sıra hallarda müqayisə üçün oksigen və selen törəmələri də sintez edilib. Əsas diqqət sintez üsullara- ənənəvi klassik, həmçinin yeni, əsasən keçid metalların katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə və alınmış maddələrin reaksiyayagirmə qabiliyyətlərinin tədqiqinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların və onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi reaksiyalarının nümunələri göstərilir. Kitabın əhəmiyyətli hissəsini nəzəri suallar- müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə necə qoşulmasının müzakirəsi təşkil edir. Konformasiya və elektron effektlərinin öyrənilən birləşmələrin spektral (NMR, İQ, UB, NKR) və elektrokimyəvi xarakteristikalara təsirləri və onların kükürd atomuna birləşmiş aromatik fraqmentlər vasitəsilə əvəzləyicilərin təsir effektləri analiz edilir.

Xüsusi fəsildə aromatik tiollar və onların törəmələrinin əsas praktik tətbiq üsullarına, o cümlədən dərman, yüksək texnoloji materiallar, üzvü sintezlərdə ilkin maddələr, analitik reagentlər, yağ və yanacaqlara aşqarlar və s. sahələrdə istifadə üsullarına baxılır.

Monoqrafiya kimyaçı sintetiklər, fiziki kimyaçılar, polimer kimyası və farmokologiya sahəsində çalışan kimyaçılar üçün nəzərdə tutulub. Kitab, həmçinin mühəndis və texnoloqlar, kükürdün utilizasiyası ilə məşğul olanlar, müəllimlər, doktorantlar, magistrantlar və tələbələr üçün faydalı ola bilər.

Mətbuat və informasiya şöbəsi, 09 iyul 2018-ci il

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub