BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
324 05-07-2019

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib. 

Rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor Almaniyanın Vürsburq Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış sazişə əsasən “Avropa hüququ” magistratura ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən söz açıb.

2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb. 
Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib. 

Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxen proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. E.Paxen ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlərin aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə aid müxtəlif layihələri əhatə edəcəyinə inandığını vurğulayıb. 
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın reallaşmasında xidməti olan professor-müəllim heytinə təşəkkür edərək bu istiqamətdəki planlardan bəhs edib. 
Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 05 iyul 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub