BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
321 04-07-2019

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədov Rumıniyanın Konstanta şəhərində keçirilən "Cənubi-Şərqi Avropada və Qara dəniz regionunda istehsal edilən nanomaterialların istehsalı nəticəsi hesabına risklərin və təhlükəsizliyin idarə edilməsi" adlı beynəlxalq konfransda iştirak edib, məruzə ilə çıxış ediblər.

Almaniya, İspaniya, Yunanıstan, Moldova, Ukrayna və digər ölkələrin alimlərinin qatıldığı konfransda nanotexnologiya məhsullarının bütün dünyanın qabaqcıl ölkələrində  istehsal olunduğu, onların dünya bazarına çıxarıldığı nəzərə alınaraq yaratdığı risklərin və təhlükəsizlik məsələlərinin aktual problem kimi bu gün və yaxın gələcəkdə öz həllini tapmalı olduğu əsas müzakirə predmeti olub.

Qara Dəniz Universitetləri Şəbəkəsinin təşəbbüsü, Rumıniyanın Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan konfransda, eyni zamanda, elmi əlaqələrin ortaq inkişafı müzakirə edilib, bu istiqamətdə ayrı-ayrı ölkələrdə innovasiya yönümlü tədqiqat işlərinin vahid bir sistemlə aparılması və yönəldilməsi, bunun üçün Qara Dəniz Universitetləri Şəbəkəsinin Avropa Birliyi layihələrində birgə əməkdaşlığının vacibliyi qeyd edilib.

Yekun olaraq yaxın zamanlarda təklif olunan istiqamətlərdə “Horizon 2020”-yə innovasiya yönümlü qrant layihələrinin hazırlanması barədə qərar qəbul edilib.

Mətbuat və informasiya şöbəsi, 03 iyul 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub