BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
158 24-06-2019

BDU-nun Hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Transmilli cinayət hüququ” ixtisaslaşmaları üzrə magistr dissertasiyaların müdafiəsi keçirilib. Dissertasiya işləri “Cinayət hüququ və kriminologiya”, “Cinayət prosesi” və “Kriminalistika və məhkəmə ekspertizası” kafedralarında yerinə yetirilib. Müasir hüquq elminin və təcrübəsinin aktual məsələlərinə həsr edilən dissertasiyaların müdafiəsi olduqca maraqlı və səmərəli şəraitdə keçirilib.

İxtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi Prokuroru, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev magistrantların  elmi və peşə hazırlığını müsbət qiymətləndirib,  konktret müdafiə mövzuları üzrə öz təcrübəsindən irəli qələn fikirlərini bölüşüb, gənc hüquqşünas elmi tədqiqatçılara gələcək işlərində məsuliyyətli, prinsipial və vətənpərvər olmağı arzu edib.

Qeyd edək ki, müdafiədə 15 magistrantın dissertasiya işləri müzakirə olunub, onların əksəriyyəti “əla” qiymət alıb.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şurasının sədri, Azərbaycan Respublikasının Hərbi Prokuroru  Xanlar Vəliyevin  iştirakını, təklif və tövsiyələrini yüksək qiymətləndirib, müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib. 

Mətbuat və informasiya şöbəsi, 24 iyun 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub