BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
68 27-06-2019

Ekologiya və torpaqşünaslıq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “Ekoloji kimya”, “Ətraf mühit kimyası” və “Ekoloji kimyəvi monitorinq” ixtisaslaşmaları üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib. Ekoloji kimya kafedrasının müdiri, ixtisaslaşdırılmış magistr dissertasiya müdafiəsi şuranın sədri,  professor Sevinc Hacıyevanın sədrliyi ilə keçirilən müdafiədə Azərbaycanın müxtəlif ərazilərində yerinə yetirilmiş tədqiqat işləri təqdim olunub. 

Müdafiənin ilk günü Leysan Bayramlı “Bakı şəhəri Bibiheybət ərazisində neftlə çirklənmiş torpaqlarda Uranın təyini və ekoloji qiymətləndirilməsi”, Aygün Abbasova  “Astara rayonu ərazisindəki termo və səth sularının tədqiqi və ekoloji qiymətləndirilməsi”, İlahə Dadaşova “Abşeron ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini”, Elnur Yolçulu “Sumqayıt ərazisində təbii sularda Cd, Hg, Pb elementlərinin AAS metodu ilə təyini”, Günel Hüseynova “Abşeron ərazisindəki artezian quyu sularının ekoloji qiymətləndirilməsi” və Nərmin Mirzəyeva  “Azərbaycana idxal olunan və ixrac olunan subtropik meyvələrdə zərərli üzvi birləşmələrin təyini” mövzularında tədqiqat işlərini təqdim ediblər. Müdafiənin 2-ci günü Nabat Bahəddinli “Bəzi nadir torpaq elementlərinin ətraf mühit obyektlərindən ayrılmasının və təyininin yeni üsulunun işlənilməsi”, Rəvanə Qasımzadə “Molibdenin ətraf mühit obyektlərində sorbsiyası və qatılaşdırılaraq təyini”, Nərgiz Əlizadə “Balıq və ət məhsullarında ağır metalların təyini”, Murad Əliyev “Bakı şəhərinin sənaye rayonlarının (Binəqədi, Xətai) atmosfer havasının ekoloji qiymətləndirilməsi” və Məleykə Quliyeva “Azərbaycanın şimal bölgəsinin (Quba-Qusar misalında) təbii sularının ekoloji qiymətləndirilməsi” mövzularında dissertasiya işlərini müdafiə ediblər. 

Ümumilikdə 11 nəfər magistr müdafiə işini uğurla təqdim ediblər. 
Professor Sevinc Hacıyeva müdafiəyə buraxılan işlər haqqında münasibət bildirib, magistrların hazırlığını yüksək qiymətləndirib.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2019-cu il.

Digər yazılar

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?