BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
32 13-06-2019

BDU-nun son kurs tələbələri buraxılış işlərini müdafiə edirlər

Bakı Dövlət Universitetində 2018/19-cu tədris ilinin buraxılış kurslarının bakalavr işlərinin müdafiəsi keçirilir. BDU-nun Tarix fakültəsində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Şahin Fərzəliyevin sərdliyi ilə Yekun Attestasiya Komissiyasının növbəti iclası keçirilib. Həmin iclasda Türk xalqları tarixi kafedrasında buraxılış işlərinin müdafiəsi keçirilib. Tələbələr Azərbaycan, rus və ingilis dilində Atatürkün başçılığı ilə türk xalqının milli-azadlıq mübarizəsi, türk dövlətləri arasında əlaqələr, Mərkəzi Asiyada ABŞ-ın hərbi-siyasi iştirakı, Sibir xanlığı, etnogeniz məsələləri və türk dünyasına aid digər müxtəlif mövzularda tədqiqatlarını təqdim ediblər.
Eyni zamanda Jurnalistika fakültəsində Yekun Attestasiya Komissiyasının iclası “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sədrliyi ilə keçirilib. Tələbələr “Sənədli filmlərdə mövzu seçiminin həlli yolları”, “Azərbaycan mədəniyyəti xarici mətbuatda (ingilisdilli mətbuat nümunələri əsasında. 2015-2018-ci illər)”, “Azərbaycan Avropa İttifaqı münasibətləri kütləvi informasiya vasitələrində”, ““525-ci qəzet”in tələbə-jurnalistlərinin püxtələşməsində rolu”, “Xarici mətbuatda və Azərbaycanda data jurnalistikanın inkişafı” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər. 
Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib. Müdafiədə fakültə müəllimləri, kafedra müdirləri və tələbələr də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 13 iyun 2019-cu il.

Digər yazılar

Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

BDU beynəlxalq layihənin Azərbaycan üzrə partnyoru seçilib

BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb

BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı

BDU-nun filoloqları Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

BDU-nun jurnalist əməkdaşları və tələbələri “Breaking News! Media Weekend 2019" adlı təlim proqramda iştirak ediblər

BDU Mətbuat xidməti yenə fərqləndi

BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Təhsildən yazan jurnalistlər BDU mətbuat xidmətini birinci etdilər

BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?