BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 oktyabr 1947-ci il – Filologiya fakültəsinin nəzdində Kitabxanaçılıq şöbəsi təşkil olunmuşdur. 3 oktyabr 1946-cı il – BDU-nun rektoru (1997-1998), AR Təhsil naziri (1998-2013), Ali riyaziyyat kafedrasının müdiri (2002-ci ildən), AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi,  professor Misir Cumayıl oğlu Mərdanov anadan olub.4 oktyabr 2005-ci il – Latviyanın prezidenti Vaira Vike Freyberqa BDU-nun Fəxri doktoru seçilib. 5 oktyabr 1933-cü il – BDU-nun prorektoru (1994–2004), Bərk cisimlər fizikası kafedrasının müdiri (1971-2014), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Bəhram Mehrəli oğlu Əsgərov (1933-2014) anadan olub. 5 oktyabr 1887-ci il – Riyazi analiz kafedrasının müdiri (1941-1958), Əməkdar elm xadimi, professor Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev (1887-1977) anadan olub.7 oktyabr 1939-cu il – BDU-nun prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru (1997-2007), AMEA-nın müxbir üzvü Şahvələd Binnət oğlu Xəlilov (1939-2007) anadan olub. 8 oktyabr 1992-ci il – hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov BDU-nun rektoru təyin edilib. 10 oktyabr 1930-cu il – BDU-nun rektoru (1987-1989), Hesablama riyaziyyatı kafedrasının müdiri (1965-2000), AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yəhya Cəfər oğlu Məmmədov (1930-2000) anadan olub. 10 oktyabr 1911-ci il – Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), AMEA-nın müxbir üzvü, professor Abbas Fəttah oğlu Zamanov(1911-1993) anadan olub.10 oktyabr 1993-cü il – Cənubi Azərbaycanın görkəmli alimi, professor Məhəmməd Tağı Cəfəri BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 2011-ci il – Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 1910-cu il – Üzvi kimya kafedrasının müdiri (1942-1951), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, professor Şamxal Əliməmməd oğlu Məmmədov (1910-1984) anadan olub. 12 oktyabr 1974-cü il – BDU-nun kitabxanasına Elmi kitabxana statusu verilib. 12 oktyabr 2006-cı il – Rumıniya prezidenti Trayan Basesku BDU-nun Fəxri doktoru seçilib. 14 oktybr 1943-cü il – BDU-nun Elmi Şurası professor Y.H.Məmmədəliyevin kəşflərinin SSRİ Dövlət mükafatına layiq görülməsi barədə qərar qəbul edilib. 15 oktyabr 1923-ci il – professor Aleksandr Dmitriyeviç Qulyayev BDU-nun rektoru təyin edilib. 15 oktyabr 1912-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1978-1985), professor Abdulla Mustafa oğlu Ələkbərov (1912-1985) anadan olub.16 oktybr 1923-cü il – Xalq yazıçısı, Prezident təqaüdçüsü, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru (1956-2013) Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923-2013) anadan olub.16 oktyabr 1996-cı il – BDU-nun rektoru (1993-1996), professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib. 16 oktyabr 1940-cı il – Optika və molekulyar fizika kafedrasının müdiri(1994-2011), professor Faiq Abduləvvəl oğlu Əhmədov(1994-2011) anadan olub.19 oktyabr 1996-cı il – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə BDU-nun Fəxri doktoru seçilib. 20 oktyabr 1922-ci il – Mülki proses, əmək və ekologiya kafedrasının müdiri (1985-1992), Hüquq fakültəsinin dekanı (1962-1980), Əməkdar hüquqşünas,professor Məmməd Süleyman oğlu Xələfov (1922-1992) anadan olub.22oktyabr 1929-cu il – Fəlsəfə kafedrasının müdiri (1969-2010), "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə anadan olub.22 oktyabr 1926-cı il – Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Hüquq fakültəsinin dekanı (2003-2007), Əməkdar hüquqşünas, professor Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) anadan olub.25 oktyabr 1917-ci il – Diferensial və inteqral tənliklər kafedrasının müdiri (1958-1975), AMEA-nın müxbir üzvü, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) anadan olub. 25 oktyabr 1965-ci il – İndiki əsas tədris korpusu və yataqxana şəhərciyi tam istifadəyə verilib.26 oktyabr 1999-cu il – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin açılışı olub. 27 oktyabr 1931-ci il – Sosiologiya kafedrasının müdiri (1990-2000), “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) anadan olub.29 oktyabr 1996-cı il – Məşhur Azərbaycanşünas, ABŞ-ın Monmouth Universitetinin professoru Tadeuş Svetoxovski BDU-nun Fəxri doktoru seçilib. 30 oktyabr 1999-cu il – Polşa Prezidenti Aleksandr Kvasnevski BDU-nun professor-müəllim heyəti ilə görüşüb. 30 oktyabr 2017-ci il – UNESCO Baş Konfransının 39-cu sessiyasında BDU-nun 100 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunacağı qərarı qəbul edilib.31 oktyabr 1994-cü il – BMT-nin Baş katibi Butros Butros Qali BDU-nun Fəxri doktoru seçilib. 31 oktyabr 2009-cu il – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 illik yubiley münasibətilə BDU-nun əməkdaşlarına fəxri adların və yüksək mükafatların verilməsi haqqında Sərəncam imzalanıb.31 oktyabr 2009-cu il – 90 illik yubiley münasibətilə Yasamal rayonunda BDU-nun 400 mənzilli yeni yaşayış kompleksi istifadəyə verilib. 
27 11-06-2019

Akademik Nərgiz Paşayeva dünya şöhrətli alimləri bir mərkəzdə toplayıb

Bu il mayın 30-da əlamətdar hadisə baş verib – Oksford Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın öyrənilməsi üzrə Oksford Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti Şurasının birinci iclası olub.

Məlum olduğu kimi, Azərbaycanın dahi şair-mütəfəkkirinin adını daşıyan Mərkəz 2013-cü ildə dünyanın ən qocaman və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin strukturunda Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın tarixinin, dillərinin və mədəniyyətlərinin öyrənilməsi məqsədilə yaradılıb və Azərbaycan, onun tarixi-mədəni irsi üçün xüsusi akademik əhəmiyyət kəsb edir.

Xatırladaq ki, düz bir il bundan əvvəl, 2018-ci il mayın 23-də Klarendon kollecində Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardson və professor Nərgiz Paşayeva tərəfindən imzalanmış sazişə əsasən, Oksford Universitetində onun ayrılmaz tərkib hissəsi kimi Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi daimi əsasda fəaliyyətə başlayıb. “Əsrin Kontraktı” adlanan, mədəni, elmi və humanitar miqyaslı mühüm tarixi hadisə olan bu saziş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdi.

Həyata keçirilməsindən əvvəl çox böyük iş aparılmış Nizami Gəncəvi adına Mərkəzin İdarə Heyəti Şurasının birinci iclası da AXC-nin növbəti ildönümünə, onun sönməz ideallarına həsr edilib.

İclasda Mərkəzin İdarə Heyəti Şurasının üzvlərinin təsdiq edilməsi barədə çox mühüm qərar qəbul olunub. Şuraya aşağıdakı şəxslər daxil edilib:

Edmund Xersiq – Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Mərkəzin yaradıldığı ilk gündən etibarən onun daimi fəaliyyətinin təmin edilməsi üçün böyük səy göstərib;

Aleksandr Morrison - Oksford Universitetinin Humanitar Elmlər Şöbəsi Şurasının nümayəndəsi, universitetin Yeni Kollecinin elmi tədqiqatçısı, qlobal, imperiya, intellektual, siyasi və hərbi tarix üzrə mütəxəssis;

Professor Kristofer Ceri – Oksford Universitetinin Sosial Elmlər Şöbəsi Şurasının nümayəndəsi, Oksford qlobal və regional tədqiqatlar məktəbində Rusiya və Şərqi Avropa araşdırmaları üzrə direktor, Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin dekanı;

Azərbaycanın və Qafqazın öyrənilməsi üzrə Britaniya Fondu tərəfindən nominasiya edilmiş və Oksford Universitetinin Humanitar Elmlər Şöbəsi Şurası tərəfindən təyin olunmuş professor Nərgiz Paşayeva – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və professor Robert Qliv – Ekseter Universitetinin (Böyük Britaniya) Ərəb və İslam Tədqiqatları İnstitutunda ərəb tədqiqatları məsələləri ilə məşğul olan mütəxəssis;

Şərqşünaslıq fakültəsinin Şurası tərəfindən nominasiya edilmiş iki üzv - Oksford Universitetinin Xəlili Elmi-Tədqiqat Mərkəzinin nümayəndəsi, İslam numizmatikası üzrə mühazirəçi Lyuk Tredvel və Oksford Universitetinin Brasenos Kollecinin elmi tədqiqatçısı, Azərbaycanın qədim Bərdə şəhərinin son antik və ilk İslam dövrlərini tədqiq edən Bərdə arxeoloji ekspedisiyasının qrup rəhbəri doktor Pol Vordvors.

İclasın gündəliyinə bir sıra elmi layihələrin müzakirəsi daxil idi. Məsələn, 2021-ci ilin yayında Kral Coğrafiya Cəmiyyətində açılması planlaşdırılan, Odlar Yurduna həsr edilmiş möhtəşəm “İpək və Odlar Yurduna səyahət: Britaniya ilə Azərbaycanın görüşləri (1561-1918)” sərgisinin hazırlanması və təşkili. Daha bir layihə - professor Mir-Ənsari tərəfindən azərbaycanlı həmkarları ilə əməkdaşlıqda Nizami Gəncəvinin bütün dünya kitabxanalarında saxlanılan əlyazmalarının Toplu Kataloqunun tərtib edilməsi. Bu layihənin həyata keçirilməsinə təqribən 18 ay vaxt lazım gələcək. İclasda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi (bu məsələ yuxarıda adı çəkilən 2018-ci il 23 may tarixli sazişdə də öz əksini tapıb), Oksford Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədrisi və bir sıra başqa aktual məsələlər müzakirə edilib.

Elmi Mərkəzin İdarə Heyəti Şurasının birinci iclasında Bərdədə aparılan, nəticələri Oksford Universitetinin alimlərinin hesabatlarında və məqalələrində əksini tapmış arxeoloji tədqiqatlarla bağlı məsələlər də müzakirə olunub. 2020-ci ildə “Brepols” nəşriyyatında “İslam dünyası sərhədində şəhər həyatı: Eramızın beşinci əsrindən sonra Bərdə və Arran əyaləti” adlı kitabın çap edilməsi, Bakıda və Oksfordda Bərdə arxeologiyasına aid dördillik işə həsr edilmiş iki seminarın (iki mərhələdə) keçirilməsi gözlənilir.

Qafqaz və Mərkəzi Asiya üçün Oksford Seminarının (TOSCCA) dəstəyi ilə konfrans və dəyirmi masaların keçirilməsi, bir qayda olaraq, Oksforddan və kənardan tələbə və alimlərin geniş auditoriyasını cəlb edir. Nizami Gəncəvi adına Mərkəz (ONGC) tərəfindən dəvət olunmuş elmi əməkdaşların rezidentlər statusu ilə universitetin elmi həyatında iştirak etmək imkanı olmasından ötrü onlar üçün təqaüdlər də nəzərdə tutulub. Seçim komitəsi müraciətlərin aşağıdakı meyarlara uyğun olmasını nəzərdən keçirəcək:

planlaşdırılan tədqiqatın keyfiyyəti və onun Oksfordun tədqiqat resurslarına uyğunluğu;

planlaşdırılan tədqiqatın aparılması üçün namizədin ixtisas səviyyəsi və təcrübəsi;

nəzərdə tutulan tədqiqatın ONGC-nin məqsədlərinə nail olmağa potensial töhfəsi.

Dəvət olunmuş elmi əməkdaşların səfəri başa çatandan sonra onlar təqaüd proqramı müddətində məşğul olduqları iş haqqında hesabat təqdim etməli olacaqlar.

Nizami Gəncəvi Mərkəzinin fəaliyyətində tərcümə sahəsinə aid məsələlər mühüm yer tutur. Bununla əlaqədar 2016-cı ildə nəşr edilmiş Yevgeni Bertelsin “The Great Azerbaijani Poet: Nizami Ganjavi: Life, Work and Times” kitabını xatırlatmaq lazımdır. Bundan əlavə, tərcümələr və nəşrlər barədə bir sıra təkliflər daxil olub. Məsələn, Aləm Nuriyevin 2009-cu ildə rus dilində nəşr edilmiş kitabı (Alem Nuriyev, “Crafts of Caucasian Albania”).

Mərkəzin İdarə Heyəti Şurasının üzvləri üç ildə bir dəfə seçilir. Qeyd edək ki, akademik Nərgiz Paşayeva Oksford Universiteti Elmi Mərkəzinin rəhbərliyinə (Management Board) daxil edilmiş ilk azərbaycanlı alimdir.

Bu tədbir barədə daha geniş məlumat Azərbaycanın, Qafqazın və Mərkəzi Asiyanın öyrənilməsi üzrə Oksford Nizami Gəncəvi Mərkəzinin İdarə Heyəti Şurasının birinci iclasının protokolunun hazırlanması başa çatandan sonra təqdim ediləcək.

 

Mətbuat və informasiya şöbəsi, 11 iyun 2019-cu il.

Digər yazılar

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər

“100 illik xəzinə” radioverilişinin növbəti buraxılışları yayımlanıb

BDU-nun kafedra müdiri "Şöhrət" ordeninə layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib