BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
60 14-06-2019

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

BDU-nun rektoru Elçin Babayev məzunları, valideynlərini və liseyin kollektivini təbrik edib. Bu il 11-ci buraxılışı keçirilən liseydən indiyədək məzun olan 382 nəfərdən 105-nin qəbul imtahanlarında 600-dən çox bal topladığını, 49 nəfərin isə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.

Məzunlardan 5 nəfərin Prezident təqaüdünə, 36 nəfərin qızıl, 6 nəfərin isə gümüş medala layiq görüldüyünü diqqətə çatdıran rektor Elçin Babayev lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş inşa yazı və “Ən yaxşı təqdimat” müsabiqələrində, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlardan da bəhs edib.

Liseyin direktoru, professor Qasım Hüseynov Azərbaycan və rus bölməsindən 48 nəfərin məzun olduğunu qeyd edərək onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

Valideynlər adından Arzu Eyyubova, məzunlar adından liseyi qızıl medalla bitirmiş ADA Universitetinin tələbəsi Orduxan Qəhrəmanzadə çıxış ediblər.

Tədbir lisey şagirdlərinin bədii proqramı ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 14 iyun 2019-cu il.

 

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər