BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 oktyabr 1947-ci il – Filologiya fakültəsinin nəzdində Kitabxanaçılıq şöbəsi təşkil olunmuşdur. 3 oktyabr 1946-cı il – BDU-nun rektoru (1997-1998), AR Təhsil naziri (1998-2013), Ali riyaziyyat kafedrasının müdiri (2002-ci ildən), AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi,  professor Misir Cumayıl oğlu Mərdanov anadan olub.4 oktyabr 2005-ci il – Latviyanın prezidenti Vaira Vike Freyberqa BDU-nun Fəxri doktoru seçilib. 5 oktyabr 1933-cü il – BDU-nun prorektoru (1994–2004), Bərk cisimlər fizikası kafedrasının müdiri (1971-2014), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Bəhram Mehrəli oğlu Əsgərov (1933-2014) anadan olub. 5 oktyabr 1887-ci il – Riyazi analiz kafedrasının müdiri (1941-1958), Əməkdar elm xadimi, professor Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev (1887-1977) anadan olub.7 oktyabr 1939-cu il – BDU-nun prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru (1997-2007), AMEA-nın müxbir üzvü Şahvələd Binnət oğlu Xəlilov (1939-2007) anadan olub. 8 oktyabr 1992-ci il – hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov BDU-nun rektoru təyin edilib. 10 oktyabr 1930-cu il – BDU-nun rektoru (1987-1989), Hesablama riyaziyyatı kafedrasının müdiri (1965-2000), AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yəhya Cəfər oğlu Məmmədov (1930-2000) anadan olub. 10 oktyabr 1911-ci il – Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), AMEA-nın müxbir üzvü, professor Abbas Fəttah oğlu Zamanov(1911-1993) anadan olub.10 oktyabr 1993-cü il – Cənubi Azərbaycanın görkəmli alimi, professor Məhəmməd Tağı Cəfəri BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 2011-ci il – Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 1910-cu il – Üzvi kimya kafedrasının müdiri (1942-1951), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, professor Şamxal Əliməmməd oğlu Məmmədov (1910-1984) anadan olub. 12 oktyabr 1974-cü il – BDU-nun kitabxanasına Elmi kitabxana statusu verilib. 12 oktyabr 2006-cı il – Rumıniya prezidenti Trayan Basesku BDU-nun Fəxri doktoru seçilib. 14 oktybr 1943-cü il – BDU-nun Elmi Şurası professor Y.H.Məmmədəliyevin kəşflərinin SSRİ Dövlət mükafatına layiq görülməsi barədə qərar qəbul edilib. 15 oktyabr 1923-ci il – professor Aleksandr Dmitriyeviç Qulyayev BDU-nun rektoru təyin edilib. 15 oktyabr 1912-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1978-1985), professor Abdulla Mustafa oğlu Ələkbərov (1912-1985) anadan olub.16 oktybr 1923-cü il – Xalq yazıçısı, Prezident təqaüdçüsü, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru (1956-2013) Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923-2013) anadan olub.16 oktyabr 1996-cı il – BDU-nun rektoru (1993-1996), professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib. 16 oktyabr 1940-cı il – Optika və molekulyar fizika kafedrasının müdiri(1994-2011), professor Faiq Abduləvvəl oğlu Əhmədov(1994-2011) anadan olub.19 oktyabr 1996-cı il – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə BDU-nun Fəxri doktoru seçilib. 20 oktyabr 1922-ci il – Mülki proses, əmək və ekologiya kafedrasının müdiri (1985-1992), Hüquq fakültəsinin dekanı (1962-1980), Əməkdar hüquqşünas,professor Məmməd Süleyman oğlu Xələfov (1922-1992) anadan olub.22oktyabr 1929-cu il – Fəlsəfə kafedrasının müdiri (1969-2010), "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə anadan olub.22 oktyabr 1926-cı il – Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Hüquq fakültəsinin dekanı (2003-2007), Əməkdar hüquqşünas, professor Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) anadan olub.25 oktyabr 1917-ci il – Diferensial və inteqral tənliklər kafedrasının müdiri (1958-1975), AMEA-nın müxbir üzvü, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) anadan olub. 25 oktyabr 1965-ci il – İndiki əsas tədris korpusu və yataqxana şəhərciyi tam istifadəyə verilib.26 oktyabr 1999-cu il – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin açılışı olub. 27 oktyabr 1931-ci il – Sosiologiya kafedrasının müdiri (1990-2000), “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) anadan olub.29 oktyabr 1996-cı il – Məşhur Azərbaycanşünas, ABŞ-ın Monmouth Universitetinin professoru Tadeuş Svetoxovski BDU-nun Fəxri doktoru seçilib. 30 oktyabr 1999-cu il – Polşa Prezidenti Aleksandr Kvasnevski BDU-nun professor-müəllim heyəti ilə görüşüb. 30 oktyabr 2017-ci il – UNESCO Baş Konfransının 39-cu sessiyasında BDU-nun 100 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunacağı qərarı qəbul edilib.31 oktyabr 1994-cü il – BMT-nin Baş katibi Butros Butros Qali BDU-nun Fəxri doktoru seçilib. 31 oktyabr 2009-cu il – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 illik yubiley münasibətilə BDU-nun əməkdaşlarına fəxri adların və yüksək mükafatların verilməsi haqqında Sərəncam imzalanıb.31 oktyabr 2009-cu il – 90 illik yubiley münasibətilə Yasamal rayonunda BDU-nun 400 mənzilli yeni yaşayış kompleksi istifadəyə verilib. 
2233 13-06-2019

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.

Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.

Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb.

Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. Həmçinin BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Aida İmanquliyevanın adları səsləndirilib.

Dayanıqlı inkişafın reallaşmasında təhsilin roluna, bu baxımdan BMT və UNESCO-nun narahatlığı, ölkəmizin UNESCO vasitəsi ilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələri, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı təşkilatına üzv olan bir çox ölkələrin gənclərinin ölkəmizdə təhsil ala bilməsi üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamından danışılıb.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.

Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun dirijorluğu, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bütün zal ayağa qalxıb.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

AZƏRTAC

Digər yazılar

Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib

BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib

BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib

“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək

BDU-da elmi-fəlsəfi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib

BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib

BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb

BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib

BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında

BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

BMT BDU-da seminar keçirib