BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
8 04-06-2019

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar  filialın durektoru  Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Direktorun müvafiq əmri ilə nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü  aparılıb.  İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şərait yaradılıb.
İyun ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah yaradılıb. Qəragahın nəzdində fəaliyyət göstərən  «Qaynar xətt»ə daxil olan müraciətlər Qərargah üzvləri tərəfindən dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək hec bir qanun pozuntusu aşkar olunmayıb.
Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanır.
Yaz semetrində 1014 tələbə iştirak edir. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semetr ərzində tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.
Sessiya iyul ayının 3-dək davam edəcəkdir. 

Elçin İSMAYIL,
BDU-nun Qazax filialında Mətbuat Mərkəzinin rəhbəri.

 

Digər yazılar

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

BDU-da “Tokyo Boeki RUS LLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

Kimya fakültəsinin magistrı “I2B-İdeyadan biznesə” layihəsi üzrə respublika turuna vəsiqə qazanıb

BDU-da imtahan sessiyası başlayıb

BDU-nun əməkdaşları Türkiyənin Sivas Cümhuriyyət Universitetində olublar

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

BDU-nun Qazax filialında 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib

BDU-da 28 May – Respublika Günü qeyd edilib

Filologiya fakültəsinin tələbələri “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsinin qalibi olub

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-da “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin tələbələri mükafatlandırılıblar