BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
144 30-05-2019

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2019-ci il tarixli 28 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən   Bakı Dövlət Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov, Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva gənclərin dövlət qulluğuna maraq göstərməsi və onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb.

DİM-in şöbə müdiri Vüqar Əsgərov çıxışında dövlət qulluğu və kadr siyasəti məsələlərində daha mükəmməl və şəffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklər, dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğunda çalışmağın üstünlükləri və digər məsələləri iştirakçıların diqqətinə çatdırıb. DİM-in sektor müdiri Xanlar Xanlarzadə isə Mərkəzin saytı vasitəsilə dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlər – test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilmə qaydası, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibə elanları, vəzifə təlimatı, müsahibələrə hazırlıq haqqında məlumat verib.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 30 may 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub