BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
81 21-05-2019

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2018-ci il tarixində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bununla əlaqədar ölkəmizdə keçirilən yubiley tədbirlərinin davamı olaraq Qazaxda beynəlxalq elmi konfrans baş tutub.

Tədbir Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı və iştirakı ilə keçirilib. “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən konfransın işində respublikanın müxtəlif elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək  qonaqları salamlayıb, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsi və fəaliyyətə başlamasından, bu təhsil ocağının ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, ixtisaslı müəllim kadrlarının yetişməsində oynadığı misilsiz xidmətlərdən danışıb.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Qazax Müəllimlər Seminariyasının Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi olduğunu qeyd edib.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək 1918-ci ildə görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan bu təhsil məbədinin Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri verməsindən söz açıb.

Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov Azərbaycanda təhsilin və elmin müasir problemləri və inkişafı məsələlərindən bəhs edib.

Sonra konfrans BDU-nun Qazax filialında plenar iclaslarla öz işini davam etdirib. 8 bölmədə keçirilən plenar iclaslarda filialın və digər ali məktəblərin professorlardan - Ərdoğan Altınkaynak, Hüseyn Xəlilov, Mahmud Kamaloğlu, Cəlal Qasımov, Şahamettin Kuzucular müxtəlif mövzularda 67 məruzə ilə çıxış ediblər.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub