BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
84 23-05-2019

Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

Bakı Dövlət Universitetində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Macarıstanın ali təhsil ocaqları ilə əməkdaşlıqdan, bu ölkənin təqaüd proqramlarından, tələbə-müəllim mübadiləsinin önəmindən danışıb.  Prorektor  100 illik yubiley ərəfəsində olan BDU-nun bununla bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbirdə Macarıstan Elmlər Akademiyasının Tarix İnstitutunda Humanitar Elmlər üzrə Tədqiqat Mərkəzinin mütəxəssisi Miklos Mitrovits və BDU-nun Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının müəllimi, Beynəlxalq layihələr şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov çıxış ediblər. Onlar Macarıstanda  baş verən 1848-ci il inqilabı, 1849-cu ildə Debreçin şəhəri uğrunda gedən döyüşlərdə Həsən bəy Ağalarovun başçılıq etdiyi alayın göstərdiyi şücaətlərdən bəhs ediblər.

Qeyd edək ki, Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub, Debreçin döyüşünə görə dördüncü dərəcəli "Müqəddəs Georgi ordeni"nə layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 23 may 209-cu il.

Digər yazılar

İraq səfiri BDU-da olub

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

BDU-da Tvinninq layihəsi çərçivəsində seminar keçirilib

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb

BDU-da İndoneziya səfiri ilə görüş olub

Küveytli professor BDU-da olub

BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

Beynəlxalq elmi-praktik forumun iştirakçıları BDU-da

İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Rusiyanın Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Jurnalistika fakültəsində olub

İraq səfiri BDU-da olub