BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
41 22-05-2019

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib. “Azərbaycan Respublikasında müasir hüquq elminin inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransı BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq onun əhəmiyyətindən danışıb.

Sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektoru, professor Nazim Əliyev, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev,Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi, dosent Elçin Xələfov çıxış ediblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin hüquq elmi və təhsilinə göstərdiyi qayğıdan, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi hüquq sahəsindəki nailiyyətlərdən bəhs ediblər.

Daha sonra “İnsan hüquqları sahəsində milli siyasət və beynəlxalq hüquq”, “Azəbaycan Respublikasında dövlət xidmətlərinin mahiyyəti”,“Demokratiya modellərinin Azərbaycan Respublikasının Konstitusiyasında konvergentiyası”, “Heydər Əliyevin Azərbaycanda hüquqi dövlətin guruculuğunda rolu” və“Azərbaycanda hüquq və azadlıqların müdafiəsi mexanizminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır” mövzularında məruzələr dinlənilib.

Məruzələrdən sonra konfrans işini “Beynəlxalq hüquq” ,“Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası”, “Mülki hüquq, mülki proses, kommersiya hüququ, əmək və ekologiya hüququ” bölmələri üzrə davam etdirib.

Qeyd edək ki, konfransa təqdim edilən 100-dək məqalə elmi jurnalda dərc olunub.

 

Mətbuat və informasiya şöbəsi, 21 may 2019-cu il.

Digər yazılar

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

BDU-nun “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

BDU-da “Tokyo Boeki RUS LLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

Kimya fakültəsinin magistrı “I2B-İdeyadan biznesə” layihəsi üzrə respublika turuna vəsiqə qazanıb

BDU-da imtahan sessiyası başlayıb

BDU-nun əməkdaşları Türkiyənin Sivas Cümhuriyyət Universitetində olublar

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

BDU-nun Qazax filialında 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib

BDU-da 28 May – Respublika Günü qeyd edilib

Filologiya fakültəsinin tələbələri “Nəsimi qəzəllərinin qiraəti” adlı şeir müsabiqəsinin qalibi olub

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər

BDU-da “İnnovativ Start-up layihələrinin təhsildə rolu” adlı konfrans keçirilib

BDU-nun Filologiya fakültəsində “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” adlı elmi seminar keçirilib