BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 oktyabr 1947-ci il – Filologiya fakültəsinin nəzdində Kitabxanaçılıq şöbəsi təşkil olunmuşdur. 3 oktyabr 1946-cı il – BDU-nun rektoru (1997-1998), AR Təhsil naziri (1998-2013), Ali riyaziyyat kafedrasının müdiri (2002-ci ildən), AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi,  professor Misir Cumayıl oğlu Mərdanov anadan olub.4 oktyabr 2005-ci il – Latviyanın prezidenti Vaira Vike Freyberqa BDU-nun Fəxri doktoru seçilib. 5 oktyabr 1933-cü il – BDU-nun prorektoru (1994–2004), Bərk cisimlər fizikası kafedrasının müdiri (1971-2014), “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Bəhram Mehrəli oğlu Əsgərov (1933-2014) anadan olub. 5 oktyabr 1887-ci il – Riyazi analiz kafedrasının müdiri (1941-1958), Əməkdar elm xadimi, professor Məmmədbəy Rəşidbəy oğlu Əfəndiyev (1887-1977) anadan olub.7 oktyabr 1939-cu il – BDU-nun prorektoru (2002-2004), Ətraf mühitin mühafizəsi kafedrasının professoru (1997-2007), AMEA-nın müxbir üzvü Şahvələd Binnət oğlu Xəlilov (1939-2007) anadan olub. 8 oktyabr 1992-ci il – hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərov BDU-nun rektoru təyin edilib. 10 oktyabr 1930-cu il – BDU-nun rektoru (1987-1989), Hesablama riyaziyyatı kafedrasının müdiri (1965-2000), AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yəhya Cəfər oğlu Məmmədov (1930-2000) anadan olub. 10 oktyabr 1911-ci il – Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979), AMEA-nın müxbir üzvü, professor Abbas Fəttah oğlu Zamanov(1911-1993) anadan olub.10 oktyabr 1993-cü il – Cənubi Azərbaycanın görkəmli alimi, professor Məhəmməd Tağı Cəfəri BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 2011-ci il – Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl BDU-nun Fəxri doktoru seçilib. 10 oktyabr 1910-cu il – Üzvi kimya kafedrasının müdiri (1942-1951), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, professor Şamxal Əliməmməd oğlu Məmmədov (1910-1984) anadan olub. 12 oktyabr 1974-cü il – BDU-nun kitabxanasına Elmi kitabxana statusu verilib. 12 oktyabr 2006-cı il – Rumıniya prezidenti Trayan Basesku BDU-nun Fəxri doktoru seçilib. 14 oktybr 1943-cü il – BDU-nun Elmi Şurası professor Y.H.Məmmədəliyevin kəşflərinin SSRİ Dövlət mükafatına layiq görülməsi barədə qərar qəbul edilib. 15 oktyabr 1923-ci il – professor Aleksandr Dmitriyeviç Qulyayev BDU-nun rektoru təyin edilib. 15 oktyabr 1912-ci il – Onurğalılar zoologiyası kafedrasının müdiri (1978-1985), professor Abdulla Mustafa oğlu Ələkbərov (1912-1985) anadan olub.16 oktybr 1923-cü il – Xalq yazıçısı, Prezident təqaüdçüsü, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru (1956-2013) Gülhüseyn Hüseyn oğlu Abdullayev (1923-2013) anadan olub.16 oktyabr 1996-cı il – BDU-nun rektoru (1993-1996), professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilib. 16 oktyabr 1940-cı il – Optika və molekulyar fizika kafedrasının müdiri(1994-2011), professor Faiq Abduləvvəl oğlu Əhmədov(1994-2011) anadan olub.19 oktyabr 1996-cı il – qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə BDU-nun Fəxri doktoru seçilib. 20 oktyabr 1922-ci il – Mülki proses, əmək və ekologiya kafedrasının müdiri (1985-1992), Hüquq fakültəsinin dekanı (1962-1980), Əməkdar hüquqşünas,professor Məmməd Süleyman oğlu Xələfov (1922-1992) anadan olub.22oktyabr 1929-cu il – Fəlsəfə kafedrasının müdiri (1969-2010), "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, akademik Fuad Feyzulla oğlu Qasımzadə anadan olub.22 oktyabr 1926-cı il – Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri (1979-1992), Hüquq fakültəsinin dekanı (2003-2007), Əməkdar hüquqşünas, professor Kamilə Qiyas qızı Sarıcalinskaya (1926-2012) anadan olub.25 oktyabr 1917-ci il – Diferensial və inteqral tənliklər kafedrasının müdiri (1958-1975), AMEA-nın müxbir üzvü, professor Qoşqar Teymur oğlu Əhmədov (1917-1975) anadan olub. 25 oktyabr 1965-ci il – İndiki əsas tədris korpusu və yataqxana şəhərciyi tam istifadəyə verilib.26 oktyabr 1999-cu il – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin açılışı olub. 27 oktyabr 1931-ci il – Sosiologiya kafedrasının müdiri (1990-2000), “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) anadan olub.29 oktyabr 1996-cı il – Məşhur Azərbaycanşünas, ABŞ-ın Monmouth Universitetinin professoru Tadeuş Svetoxovski BDU-nun Fəxri doktoru seçilib. 30 oktyabr 1999-cu il – Polşa Prezidenti Aleksandr Kvasnevski BDU-nun professor-müəllim heyəti ilə görüşüb. 30 oktyabr 2017-ci il – UNESCO Baş Konfransının 39-cu sessiyasında BDU-nun 100 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunacağı qərarı qəbul edilib.31 oktyabr 1994-cü il – BMT-nin Baş katibi Butros Butros Qali BDU-nun Fəxri doktoru seçilib. 31 oktyabr 2009-cu il – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 90 illik yubiley münasibətilə BDU-nun əməkdaşlarına fəxri adların və yüksək mükafatların verilməsi haqqında Sərəncam imzalanıb.31 oktyabr 2009-cu il – 90 illik yubiley münasibətilə Yasamal rayonunda BDU-nun 400 mənzilli yeni yaşayış kompleksi istifadəyə verilib. 
90 22-05-2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”inin açılış mərasimi keçirilib. 


BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) birgə layihəsi əsasında qurulan “Füyuzat Mərkəzi”nin açılışını yüksək qiymətləndirib, onun tələbə və müəllimlər üçün yaradacağı imkanlar barəsində danışıb. Gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinin, ictimai fəallığının artırılmasının, gənclərin sosial-məişət və məşğulluq problemlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan A.Kazımzadə, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə mərkəzlərin yaradılmasının əhəmiyyətini qeyd edib. 
“Füyuzat Mərkəzi”nin əsas məqsədinin xalqımızın milli-mənəvi dəyərlərini, irsini, mədəniyyətini, tarixini qoruyub saxlamaq və inkişaf etdirmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərmək olduğunu vurğulayan Aydın Kazımzadə, qurumun Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. 
“Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru, professor Teymur Əhmədov mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandırıb. Bildirib ki, mərkəz, eyni zamanda, BDU-nun tələbə və magistrantlarının MİMTA-da təcrübə keçməsi və işə cəlb olunması məsələlərini diqqətdə saxlayacaq.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov mərkəzin fond üçün önəmi və qarşıda duran vəzifələri haqqında fikirlərini bölüşüb. 
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev mərkəzin tələbələrin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, “Füyuzat Mərkəzi”nin fəaliyyət planında Azərbaycan mətbuatı tarixinin öyrənilməsi və tanıtımı, maarifləndirci tədbirlərin, BDU müəllimlərinin mühazirələrinin təşkili, MİMTA Fondu əməkdaşlarının müxtəlif mövzular üzrə təlimlərinin keçirilməsi nəzərdə tutulur. 
Mərkəzin koordinatoru Afaq Sadıqova mərkəzdə onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsinin də yer alacağına diqqət çəkib.
Açılış mərasimində Azərbaycan Mətbuat Şurasını sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan, şərqşünas alim Allahşükür Qurbanov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və digərləri “Füyuzat Mərkəzi”nin gələcək fəaliyyəti barədə çıxış edərək uğurlar arzulayıblar.

Mətbuat və informasiya şöbəsi, 22 may 2019-cu il.

Digər yazılar

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər

“100 illik xəzinə” radioverilişinin növbəti buraxılışları yayımlanıb

BDU-nun kafedra müdiri "Şöhrət" ordeninə layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib