BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
25 16-05-2019

“Tələbədən Tələbəyə”nin “Sosial Media” təlimi keçirilib

“Tələbədən Tələbəyə” onlayn media təlimlərinin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş 7-ci buraxılışının sonuncu təlimi baş tutub.

Təlim iki hissədən ibarət olmaqla “Sosial media nəzəriyyəsi” və “Sosial media menecerliyi” mövzularını əhatə edib.

Birinci hissədə təlimçi, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağa iştirakçılarla sosial media nəzəriyyəsi sahəsindəki biliklərini bölüşüb. Təlim çərçivəsində qloballaşma, informasiya cəmiyyətinin formalaşması prosesi fonunda sosial media, sosial medianın təsnifatı, növləri və mahiyyəti barədə məlumat verən təlimçi daha sonra tələbələrə sosial medianın tarixi-məntiqi kökləri və fəlsəfi təhlili haqqında danışıb. N.Ağa təlim mövzusunun onun dissertasiya mövzusu olduğuna diqqət çəkərək sosial medianın nəzəri araşdırmaları ilə bağlı da söhbət açıb.

İkinci hissədə təlimçi Təhminə Quliyeva isə iştirakçılara sosial media menecmenti, sosial media menecerinin diqqət etməsi gərəkən məsələlər, sosial mediada reklam və marketinq, praktik iş mövzusunda danışıb.  O, şəxsi SMM təcrübəsini də tələbələrlə bölüşərək bir sosial media menecerinin öhdəliyində olan nüanslar və SMM-likdə uğurun yolları barədə məlumat verib. 

Təlimin sonunda iştirakçılardan təlimdə yaddaqalan hissələr soruşulub və püşkatma nəticəsində qrup rəhbərləri təyin edilərək yekun tapşırıqlar verilib.

Mətbuat və informasiya şöbəsi, 16 may 2019-cu il.

Digər yazılar

BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

Nano Araşdırmalar Mərkəzində elmi seminar keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər