03 aprel 1908-ci il - Fəlsəfə kafedrasının müdiri (1945-1950), SSRİ dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) anadan olub.3 aprel 1927 - ci il - AK(b)P MK Rəyasət Heyəti «Azərbaycan Dövlət Universiteti haqqında əməli təkliflər » adlı sənəd qəbul edib.5 aprel 1932-ci il - Yarımkeçiricilər fizikası kafedrasının müdiri (1974-1990), AMEA-nın müxbir üzvü, professor Vladimir İsmayıl oğlu Tahirov (1932-2014) anadan olub.9 aprel 2012 - ci il - Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenko BDU-nun Fəxri doktoru seçilib.10 aprel 1930 - cu il - SSRİ tarixi kafedrasının müdiri (1971-1994), Əməkdar elm xadimi, professor Aslan Məcid oğlu Atakişiyev (1930-2011) anadan olub.10 aprel 1924 - cü il - Coğrafiya fakültəsinin dekanı (1967-1972), Geodeziya və kartoqrafiya kafedrasının müdiri (1972-1988), "Şöhrət” ordenli, professor Rizvan Xanəmi oğlu Piriyev (1924-1989) anadan olub.11 aprel 1881-ci il - Fiziki kimya kafedrasının müdiri (1936-1946), SSRİ Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir İvanoviç Tixomirov (1881-1961) anadan olub.11 aprel 1908 - ci il - Paleontologiya və tarixi geologiya kafedrasının müdiri (1950-1958), "Şərəf” nişanı ordenli, Dövlət mükafatı laureatı, akademik Musa Mirzə oğlu Əliyev (1908-1985) anadan olub.12 aprel 1907- ci il – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının profesoru, (1939-1959) Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907-1982) anadan olub.12 aprel 1939 - cu il- BDU-nun rektoru (1992-1993), Hüquq fakültəsinin dekanı(1985-1989), Cinayət hüququ kafedrasının müdiri(1995-ci ildən), professor Firudin Yusif oğlu Səməndərov anadan olub.12 aprel 1995 - ci il - Türkiyə Respublikasının Baş naziri Tansu Çillər BDU-nun Fəxri doktoru seçilib.13 aprel 1902 - ci il- Həndəsə kafedrasının müdiri (1938-1972), AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, Əməkdar Müəllim, “Lenin” və “Şərəf nişanı”ordenli, professor Maqsud Əlisimran oğlu Cavadov (1902-1972) anadan olub.13 aprel 1911 - ci il - Hidrometeorologiya kafedrasının professoru, AMEA-nın müxbi üzvü, Dövlət Mükafatı laureatı, (1979-1991) Ənvər Mamay oğlu Şıxlinski (1911-1992) anadan olub.14 aprel 1904 - cü il - Botanika kafedrasının müdiri (1946-1966) , professor Məmməd Əhməd oğlu Qasımov (1904-1966) anadan olub.16 aprel 1891 - ci il - Yarımkeçiricilər fizikası kafedrasının müdiri (1960-1969), Əməkdar elm xadimi, professor Bəhram Rüstəm oğlu Mirzəyev (1891-1974) anadan olub. 16 aprel 1939 - cu il - Universitetin adı üçüncü dəfə dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırılıb.17 aprel 1989 - cu il - akademik Cəmil Bahadur oğlu Quliyev rektor təyin olunub.18 aprel 2001 - ci il - akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyası yaradılıb.19 aprel 1923 - cü il - Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə daxil edilib.19 aprel 1937-ci il - Mülki hüquq kafedrasının müdiri (1990-2003), Hüquq fakültəsinin dekanı (2002-2003), Əməkdar müəllim, professor Yusif Ələkbər oğlu Mehdiyev (1937-2003) anadan olub.20 aprel 1945 - ci il - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri (1989- 2012), AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, professor Azad Mövlud oğlu Nəbiyev (1945-2012) anadan olub.21 aprel 1944-cü il - Azərbaycan hökuməti “S.M.Kirov adına ADU”-da təhsil müddətlərinin müəyyən edilməsi haqqında” qərar qəbul edib.23 aprel 2011 - ci il - Şərqşünaslıq fakültəsi nəzdində Konfutsi İnstitutu yaradılıb.24 aprel 2009 - cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.25 aprel 1905 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının ilk müdiri (1939-1941), "Şərəf nişanı” ordenli professor Mikayıl Həsən oğlu Rəfili (1905-1958) anadan olub.25 aprel 2000 - ci il - Görkəmli həkim və ictimai xadim İhsan Doğramacı BDU-nun Fəxri doktoru seçilib.26 aprel 1908 - ci il - Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1961-1978), Əməkdar elm xadimi, Komsomol mükafatı laureatı, "Şərəf nişanı" ordenli, professor Mir Cəlal Paşayev (1908-1978) anadan olub.28 aprel 1921 - ci il - Rus dilçiliyi kafedrasının müdiri (1963-1970), «Qırmızı əmək bayrağı» və «Qırmızı ulduz» ordenli, Əməkdar elm xadimi, professor Məmməd Tağı oğlu Tağiyev (1921-1994) anadan olub.28 aprel 1933 - cü il - Hüquq fakültəsinin dekanı (1989-1998), BDU HIK-in sədri (1963-1965),
1551
14-05-2019
Geologiyanın aktual problemləri mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Geologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.
Sonra geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova elmi konfransların keçirilməsinin əhəmiyyətindən, həmçinin adıçəkilən konfransın mühüm mövzuya həsr edilməsindən danışıb.
Doktorant, dissertant və magistrantların iştirak etdiyi konfransın plenar iclasında professorlar Məmməd Çıraqov, Musa Məmmədov, dosent Mamoy Mansurov, müəllim Elnarə Əhmədova və magistrant Qoşqar Qurbanovun məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.
Konfransda Tədris Departamentinin “Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə” şöbəsinin müdiri, dosent Vaqif Qasımov çıxış edərək dinlənilən elmi məruzələrin önəmini diqqətə çatdırıb.
3 bölmə iclasında davam edən konfransda 180 məruzə dinlənilib. Mətbuat və informasiya şöbəsi, 14 may 2019-cu il.
Digər yazılar
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
BDU-da “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Respublika Elmi konfransı keçirilib
BDU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
BDU-nun Coğrafiya fakültəsində konfrans keçirilib
“İslam Sivilizasiyası Qafqazda” mövzusunda ikinci beynəlxalq simpozium keçiriləcək
BDU-da elmi-fəlsəfi konfrans keçirilib
BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib
Professor Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib
BDU-nun müəllimi Rusiyada konfransda iştirak edib
BDU-nun filoloq alimləri Rusiyada beynəlxalq konfransda iştirak edib
BDU-nun dosenti Türkiyədə mükafata layiq görülüb
BDU-nun dosenti Londonda beynəlxalq konfransda çıxış edib
BDU-nun doktorant və tələbələri V Beynəlxalq Nanotexnologiyalar konfransında
BDU-da “XXI əsr insanı zaman və məkan kontekstində” adlı konfrans keçirilib
BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib
BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib
İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans işini davam etdirib
İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib