BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
180 16-05-2019

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçialimlərimiz” adlı layihənin növbəti qonağı Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.

Fakültə dekanı Azad Rzayev tədbir iştirakçılarını salamlayaraq professor Anar İsgəndərovun elmi fəaliyyəti haqqında danışıb.

Sonra professor Anar İsgəndərov həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, tələbəlik illəri, müəllimləri, xüsusilə tarixçi alim kimi yetişməsində müstəsna xidmətləri olan professor Ənvər Əhmədovla bağlı xatirlərini bölüşüb, yataqxana həyatının maraqlı anlarını yada salıb. A.İsgəndərov Azərbaycan tarixinin  müxtəlif dövrlərinə nəzər salıb, Bakı Xalq Komissarları sovetinin fəaliyyəti, 1918-ci il Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz-İslam ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Azərbaycan parlamentinin təsisi, Bakı Dövlət Universitetinin yaradılması haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa səsləyib.

BDU-nun rektoru  Elçin Babayev Anar İsgəndərova səmimi çıxışına görə təşəkkür edib.

Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova Anar İsgəndərovun həm alim, həm də insan kimi örnək olduğunu vurğulayıb.

Tədbir  Anar İsgəndərovun rəhbərlik etdiyi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantlarının çıxışları ilə yekunlaşıb.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub