BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
79 03-05-2019

BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni”nə layiq görülüb

Professor İradə Hüseynova İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülüb

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz mükafatının laureatı İradə Hüseynova 2019-cu il mayın 10-da BMT-nin Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, professor İradə Hüseynova dünya elminə və təhsilinə göstərdiyi xidmətlərinə görə, həmçinin BMT-nin Təltiflər Şurası tərəfindən “Avropa Xidmət Ordeni” ilə təltif edilib.

Tarixçi alim İradə Hüseynova görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.

Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir. Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib.

Professor İradə Hüseynovanın monoqrafiyaları, o cümlədən “Qafqazın tarixi ensiklopediyası” dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilib. Bu əsərlər dünya elmi ictimaiyyətində böyük maraq doğurduğuna görə onların yenidən əldə edilməsi üçün ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, eləcə də Avropa ölkələrindən alimin vətəninə sifarişlər gəlib. Onun monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin – Almaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas mənbə olmuşdur.

Görkəmli alim və pedaqoq, həmçinin Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının (Bakı 1998; Bakı 2014), dərs vəsaitinin (Bakı 1999), magistr hazırlığı üçün “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Azərbaycan, rus və ingilis dillərində, Bakı, 2003), “Qafqazşünaslığa giriş” (Bakı 2014), “Qafqazın siyasi sistemi” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqazın xarici siyasəti” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqaz və Yaxın Şərqin ərəb ölkələri” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqaz tarixinin aktual problemləri” (Bakı, 2017), “İlham Əliyev və müasir dövrdə Qafqazda əməkdaşlığın inkişafı” (Bakı, 2017) adlı tədris proqramlarının müəllifidir.

Professor İradə Hüseynovanın uzun illər zəhmətinin, ilkin mənbələrə, arxiv sənədlərinə, mövcud tarixi ədəbiyyata, çoxsaylı xarici mənbələrə əsaslanan tədqiqatlarının nəticəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli-mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirən “Qafqaz xalqlarının tarixi” adlı 1248 səhifə həcmində (78 çap vərəqi) fundamental dərsliyi 2018-ci ildə nəfis şəkildə nəşr olunub. Görkəmli alimin həm tarix elminə, həm də qafqazşünaslığa dəyərli töhfə olan "История народов Кавказа" adlı monoqrafiya-dərsliyi 2019-cu il aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət kimi qiymətləndirilib.

Tanınmış ictimai-siyasi və elm xadimi, müxtəlif vaxtlarda məsul dövlət vəzifələrində çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, qafqazşünaslığın inkişafında elmi məktəb yaratmışdır. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri var. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir, bu proses bu gün də əzmlə davam etdirilir. Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün də zənginləşir və Azərbaycan dövlətçiliyinə xidmət edir.

Görkəmli alim, dəyərli ziyalı, milli təəssübkeşlik, milli dövlətçilik prinsiplərini hər zaman uca tutan İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda uğurla təmsil etmiş, orada geniş elmi məruzələrlə çıxışlar etmişdir. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub. Alimin fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Belə ki, o, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.

Fədakar, zəhmətkeş alim, dəyərli ziyalı, professor İradə Hüseynovanı bu günlərdə qazandığı növbəti nailiyyəti - BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona dövlətçiliyimizin inkişafında yeni-yeni böyük uğurlar arzu edirik.

AZƏRTAC

Digər yazılar

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər