BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
19 08-05-2019

BDU-da “Şuşasız 27 il” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetində “Şuşasız 27 il” adlı tədbir keçirilib. Rektor Elçin Babayev Azərbaycanın mədəniyyət paytaxtlarından olan Qarabağın incisi Şuşa şəhərinin işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb, günahsız insanların öldüyünü, dinc əhaliyə qarşı edilən vəhşilikləri ürək ağrısı ilə yada salıb.

İtirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini ifadə edən rektor Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin ölkəmizin ərazi bütövlüyü barədə çıxışını yada salıb, onun dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini dəstəkləyən çağırış etdiyini xüsusilə vurğulayıb.

Çıxışının sonunda rektor şəhidlərimizin qanının yerdə qalmayacağına, Şuşanın füsunkar gözəlliklərini yenidən vəsf edəcəyimizə inandığını bildirib.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Şuşa haqqında videoçarx nümayiş olunub.

BDU-nun dosenti Atamoğlan Məmmədli Şuşa şəhidlərinin qəhrəmanlıq tarixçəsindən, şəhərin müdafiəsində hərbçilərimizin göstərdikləri fədakarlıqlardan danışıb, girovluqdan qayıdan şəxslərin, komandirlərin ifadələrini yada salıb. Şuşada tarixi abidələrimizin vəhşicəsinə məhv edildiyini bildirən A.Məmmədli bu qədim diyarın yenidən mədəniyyət beşiyi olacağına əmin olduğunu bildirib.

Tədbir tələbələrin təqdimatında şəhid anası obrazını canlandıran kiçik tamaşa və “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.

 

Mətbuat və informasiya şöbəsi, 08 may 2019-cu il.

Digər yazılar

Hüquq fakültəsində Ümummilli Liderin 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib


Şərqşünaslıq fakültəsində elmi-praktiki sessiya keçirilib

Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb

BDU-da “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

“Tələbədən Tələbəyə”nin “Sosial Media” təlimi keçirilib

BDU-nun professorunun elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

BDU-nun Rus Mərkəzinin 10 illiyi  ilə əlaqədar tədbir keçirilib

BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

“Tələbədən-tələbəyə” layihəsində Televiziya jurnalistikası təlimi keçirilib

BDU-nun Qazax filialında Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü qeyd edilib

Vergilər Nazirliyində gənc jurnalistlər üçün təlim təşkil olunub

Humanitar fakültələr üzrə rus dili kafedrası BDU-nun 100 illiyi münasibətilə tədbir keçirib

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində VIII Respublika elmi konfransı keçirilib

Rektor daha beş fakültənin kollektivi ilə görüş keçirib