BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
239 07-05-2019

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

BDU-nun rektoru Elçin Babayev ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran rektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ulu öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən danışıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycançılıq ideologiyasını milli ideologiya kimi təqdim edən ulu öndər Heydər Əliyev dövlət dilinin qorunması üçün böyük fədakarlıqlara imza atıb, senzuranı götürməklə mətbuatın, söz azadlığının inkişafına nail olub.

“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladaraq ulu öndərin milli dövlətçilik konsepsiyası haqqında məlumat verib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ulu öndər Heydər Əliyev harada olubsa Azərbaycanın mənafeyini qoruyub, siyasi sabitliyi bərqərar edib, iqtisadi inkişaf tempini artırıb.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən və BDU-nun sifarişi ilə “SƏS” Media Qrupu tərəfindən hazırlanmış filmin nümayişindən sonra tədbir xalq artisti Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.

 

Mətbuat və informasiya şöbəsi, 07 may 2019-cu il.

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub