BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
161 25-04-2019

İntiqam Babayev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib. Layihənin bu dəfəki qonağı Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev olub.
Dəvətə görə təşəkkürünü bildirən İntiqam Babayev tələbəlik illərinin dəyişikliklər dövründə keçdiyini, Tarix fakültəsinin o zamankı əksər tələbələri kimi ictimai həyatda fəal iştirak etdiyini bildirib. O, gələcək hədəflərin məhz tələbələlik dövründə müəyyənləşdirilməsinin uğurlu nəticələrə səbəb olduğunu qeyd edərək tələbələrə tövsiyələr verib, fürsətləri vaxtında dəyərləndirmək, cəmiyyətdə rəqabətə davam gətirmək üçün peşə və dil biliklərini daim artırmağın vacib olduğunu vurğulayıb. İntiqam Babayev, eyni zamanda, dövlətin gənclər siyasəti, gənclərin təhsil və elmi fəaliyyəti üçün mövcud imkanlar haqqında məlumat verib, tarixçi gənclərin qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüb. 
BDU-nun rektoru Elçin Babayev tədbirdə iştirakına  və dövlətin gənclər siyasəti barədə bir çox məsələlərə aydınlıq gətirdiyinə, verilən sualları ətraflı cavablandırdığına görə İntiqam Babayevə təşəkkür edib.
Tarix fakültəsinin dekanı Azad Rzayev görüşdə iştirakına görə fakültənin professor-müəllim və tələbə heyəti adından İntiqam Babayevə minnətdarlığını bildirib.
Qeyd edək ki, İntiqam Babayev 1991-1996-cı illərdə BDU-nun Tarix fakültəsinin tələbəsi olub. Tələbəlik illərindən aktiv ictimai fəaliyyətə başlayıb. O, Tarixçi  Tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü olub, eyni vaxtda Bakı Gənclər Klubunu yaradıb və prezidenti olub, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik edib. 2000-ci ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinidir.
Əlavə edək ki, “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin rəhbəri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyeva, koordinatorları dosent Sevinc Ruintən, Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə və Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Mais Günəşlidir.
Mətbuat və informasiya şöbəsi, 25 aprel 2019-cu il.

 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub