BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
207 25-04-2019

Bakı Dövlət Universitetində EnterpriseAzerbaijan portalının startap təlimi keçirilib

Bakı Dövlət Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalı Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə “Startupa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda startap təlimi  keçirilib. 
Təlimin əvvəlində çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın  Kazımzadə  tələbələri bu layihədə fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə sərgilədiyi imkanlardan düzgün yararlanmağa dəvət edib.
Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov çıxışında 2019-cu ildən etibarən vergi sistemindəki yeniliklər, cari ildən vergi məcəlləsinə edilən güzəştlər və əlavələr barədə dinləyiciləri məlumatlandırıb. H.Qasımov mikro sahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.
Təlimdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Oruc Dursunzadə British Council-ın “Kreativ qığılcım” layihəsi, layihənin məqsədi, tərəfdaşları, o cümlədən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynalxalq Ticarət Mərkəzinin  “Amazonla qazan” layihəsi haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar enterpriseazerbaijan.com portalının inkubasiya mərkəzindən yararlana bilərlər.
Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 25  aprel 2019-cu il.
 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub