BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
294 24-04-2019

SABAH qruplarının BDU-nun 100 illik yubileyinə həsr etdiyi Bilik yarışmasının mükafatlandırma mərasimi keçirilib

Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə həsr olunan Bilik yarışmasının mükafatlandırılma və bağlanış mərasimi keçirilib. 
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib. 
Rektor Elçin Babayev Bilik yarışmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, cari ilin fevral-mart aylarında Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə keçirilən Bilik Yarışmasında məqsəd SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və inkişafına təkan verməkdir. Təhsil, elm, bilik, savadın gələcəyə açılan qapı və məsuliyyət olduğunu deyən rektor Prezident İlham Əliyev tərəfindən imzalanan hər on sərəncamdan ən azı 2-3-nün məhz gənclərlə, onların təhsili, sosial həyatı ilə bağlı olduğunu deyərək bunu gənclərə göstərilən diqqət və qayğının bariz nümunsi kimi təqdim edib. Qeyd edib ki, tələbələr bundan düzgün şəkildə bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rihafı, davamlı inkişafı naminə çalışmalıdırlar. SABAH qrupları ilə bağlı danışan rektor onu kifayət qədər uğur qazanmış layihə kimi təqdim edib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. 
Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişləri daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. 
    Bilik Yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri iştirak edib. İştirakçıların sayı ötən illə müqayisədə 40% artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Yarışmanın birinci mərhələsində 689, ikinci mərhələsində 161 tələbə iştirak edib, 28 tələbə final mərhələsinə vəsiqə alıb, onlardan hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub. 
Sonra qaliblər təltif edilib. Riyaziyyat üzrə bilik yarışmasında Süleyman Bağırov birinci, Rübabə Hüseynova ikinci, Aygül Bayramova isə üçüncü yerin qalibi olublar. Qalibləri hər üçü BDU-da təhsil alırlar. 
Müəllimlik üzrə keçirilən bilik yarışmasında birinci yerə Mərziyyə Əzməmmədova (BDU), ikinci yerə Çərkəz Kazımova (ADPU), üçüncü yerə isə Flora Bayramova (BDU) layiq görülüblər. 
İnformatika üzrə bilik yarışmasında birinci yerə Süleyman Bağırov (BDU), ikinci yerə  Aygül Bayramova (BDU), üçüncü yerə isə  Murad Qaraşov (ADİU) layiq görülüblər. 
Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin üzvləri, müvafiq ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, SABAH əməkdaşları, SABAH tələbələri və könüllüləri iştirak ediblər. 
Qeyd edək ki, tədbir Bilik yarışlarının mahiyyətini və uğurlarını özündə əks etdirən videoçarxın nümayişi ilə başa çatıb. 

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2019-cu il.
 

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub