BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
157 23-07-2018

BDU-nun Filologiya fakültəsinin tyutoru Ayşən Sadıqlı İstanbulda keçirilmiş seminarlarda uğurla iştirak edib

Bakı Dövlət Dövlət Universitetinin Filologiya fakültəsinin tyutoru Ayşən Sadıqlı 8-14 iyul tarixlərində İstanbul şəhərində yerləşən 5 tanınmış universitetdə keçirilmiş beynəlxalq seminarlarda iştirak edib. EDEX və Business Talk-un təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarların əsas məqsədi özünüinkişaf, Türkiyənin tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.

Ayşən Sadıqlı iyulun 9-da İstanbul Şehir Universitetində Dr. Muzaffer Şenelin moderatorluğu ilə “Öz universitetini yarat” mövzusunda, iyulun 10-da isə Üsküdar Universitetində keçirilən “Neyromarketinq” mövzusunda seminarlarda iştirak edərək sertifikatlarla təltif olunub. Qeyd edək ki, seminar neyromarketinq üzrə mütəxəssis, “Heç kimin bilməyəcəyi şeylər”, “Dəyişən beynim”, “Unudulacaq şeylər” adlı kitabların müəllifi, “Beyin” adlı Elmi Araşdırma mərkəzinin yaradıcısı, prof. Sinan Canan tərəfindən keçirilib.

A.Sadıqlı iyulun 11-də Bahçeşehir Universitetində Dr. Selçuk Tuzcuoğlu tərəfindən keçirilmiş “Marketinq” mövzusunda seminarda iştirak edərək sertifikatla təltif edilib. İştirakçılara bildirilib ki, 19 ildə 106 fərqli ölkədən 26.500 məzun və təhsilini davam etdirən 25400 tələbəsi ilə Bahçeşehir bir dünya universitetidir. 9 fakültə, 54 bölüm, 4 institut və s. malik universitetdə tələləbələrin təcrübə keçməsi üçün bütün şərait yaradılıb.

12 iyul tarixində A.Sadıqlı Kadir Has Universitetində “Türk ali təhsilində yeni trendlər” mövzusunda keçirilən seminarda iştirak edərək müvafiq sertifikata layiq görülüb. Türkiyənin ən böyük inşaat şirkətlərindən olan Cathay Group-un icraçı direktoru Okan Süha Yıldırım tərəfindən aparılan seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. O, həyatda uğur qazanmaq üçün hər kəsdən çox çalışmağın əhəmiyyətliliyini vurğulayaraq  belə tövsiyə edib: “İş həyatında 4 şeydən uzaq olmaq lazımdır: şikayət, faydası olmayan tənqid,  bəhanə və günahlandırma”.

İyulun 13-də isə seminar iştirakçıları İstanbulun Maltepe Universitetində olublar. Ümumiyyətlə, hər bir ali məktəbdə olarkən universitet şəhərciyi, o cümlədən qız və oğlan tələbələr üçün yaradılmış yataqxanalar, yeməkxana, kitabxana, laboratoriyalar, film çəkilişləri aparılan ərazilər, tələbələrin təcrübə keçməsi üçün yaradılmış şərait iştirakçılara təqdim edilib. Səfər müddətində iştirakçılar İstanbulun məşhur Eminönü, Sultan Ahmet camisi, Yerebatan Sarnıcı, Topkapı, Galata kulesi, Kız kulesi, Gülhane Parkı, Taksim, İstanbul Akvarium, Pierre Loti Tepesi, Büyük Ada və s. kimi görməli məkanları ilə tanış olublar.

Bununla yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olan Ayşən Sadıqlı “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın, biri xaricdə olmaqla 15 məqalənin, 17 tezisin, 3 kitabın ön sözünün müəllifidir, 4 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 4-ü beynəlxalq olmaqla 16 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 20 elmi konfransda məruzə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 23 iyul 2018-ci il

Digər yazılar

BDU-nun beynəlxalq əlaqələri genişlənir

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

BDU-da “Ozan sənəti – milli sərvətimizdir” adlı tədbir keçirilib

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub