BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
82 18-04-2019

BDU və SOCAR Capital birgə konfrans keçirib

Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.  BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib. Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit şərait üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.

BDU-nun SOCAR-la əlaqələrini, bu günlərdə universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramı haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların çoxminli SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.

SOCAR-ın Maliyyə Bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu “İqtisadiyyat 2.0” mövzulu təqdimat edib. O, təqdimatının birinci hissəsində SOCAR istiqrazlarının buraxılışı zamanı maliyyə bazarlarında həyata keçirilən mütərəqqi addımlar, istiqrazların xüsusiyyətləri, təkrar bazar əməliyyatları, korporativ istiqraz bazarındakı payı və Azərbaycan iqtisadiyyatına töhfələri barədə məlumat verib. Təqdimatının ikinci hissəsində qlobal iqtisadi proseslər, dünya iqtisadiyyatındakı mövcud və gələcək tendensiyalar, qloballaşma prosesinin trayektoriyası, gələcəkdə üstünlük veriləcək fəaliyyət sahələri, ümumilikdə, 10 il sonrasının proqnozlaşdırılan iqtisadi mənzərəsi barədə auditoriyanı məlumatlandırıb.

Tələbələrlə interaktiv ünsiyyət şəraitində baş tutan təqdimatda beynəlxalq miqyasda qəbul olunan və güclü meyil göstərilən biznes trendlərinin mahiyyəti, rəqabətədavamlı professional kadrlara tələbatın hər il daha da artması və gələcəyin biznes-məşğulluq mühitinin elmi inkişafın nəticəsindən asılı olaraq formalaşacağı diqqətə çatdırılıb.

Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən beş tələbəyə SOCAR-ın sertifikatları və hədiyyələr təqdim edilib.

 Mətbuat və informasiya şöbəsi, 18 aprel 2019-cu il.

Digər yazılar

BDU-da “İrs” beynəlxalq jurnalının və “İrs” seriyası adı altında çap olunan kitabların təqdimatı keçirilib

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

BDU-nun Qazax filialında Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd olunub

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

BDU-nun Filologiya fakültəsinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

BDU-nun Qazax filialında yaz imtahan sessiyası başa çatıb

"Mən SABAHın məzunuyam” adlı tədbir keçirilib

Coğrafiya fakültəsinin dosenti Moskva Dövlət Universitetində çıxış edib

BDU alimlərinin məqaləsi impakt faktoru 5.16 olan jurnalda çap edilib

BDU-nun hüquq üzrə fəlsəfə doktoru olan 37 yaşlı məzunu

ELAN

BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edildi

BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

BDU alimləri beynəlxalq konfransda çıxış ediblər

“Beynəlxalq hüquq” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilib

BDU-nun professoru Yaponiyada Nəsimi ilə bağlı məruzə edib

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü